64 il əvvəl -Şərqdə ilk televiziya 

11:52 14-02-2020 | icon 810 | Gündəm
64 il əvvəl -Şərqdə ilk televiziya 

Bu gün Azərbaycanda ilk televiziyanın yaradılmasından 64 il ötür.

 

Versus.az xatırladır ki, 1956-cı il fevralın 14-də Azərbaycanda ilk televiziya – Bakı televiziya studiyası (indiki AzTV) fəaliyyətə başlayıb. Bu, həm də Şərqdə ilk televiziya idi.

 

Məhz həmin gün Azərbaycan insanı günə görkəmli aktrisa Nəcibə Məlikovanın “Göstərir Bakı!” kəlməsi ilə başlayıb. N.Məlikova çıxışında tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Daha sonra “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. Lakin texniki səhvlər ucbatından film səssiz yayımlanıb.

Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. 1957-ci ildən həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artdı.

70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı.

2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi.

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür