“Yolumuzu gözləyən Qarabağ” - ANIM

17:41 07-05-2018 | icon 785 | Mədəniyyət
“Yolumuzu gözləyən Qarabağ” - ANIM

Azərbaycan Xalça Muzeyində Şuşa, Laçın, Kəlbəcər və Ağdərə rayonlarının işğalı günlərinə həsr olunmuş “Yolumuzu gözləyən Qarabağ” adlı anım tədbiri keçirilib.

Versus.Az xəbər verir ki, tədbirdən öncə muzeyin rəhbərliyi və əməkdaşları Müqəddəs Şəhidlər Xiyabanında uyuyan Qarabağ uğrunda canından keçən şəhidlərin məzarını ziyarət edərək dərin hörmət və ehtiram nümayiş etdiriblər.


Tədbirdə Dövlət Pantomima Teatrının quruluşçu rejissoru, əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda “Anadan” adlı tamaşa nümayiş olunub.

Tamaşanın leytmotivi Elşad Tahirov tərəfindən muzeyə hədiyyə olunan “Bağçada güllər” xalçasının taleyindən bəhs edir.


Muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirib ki, tədbirdə təqdim olunan, bir-birindən maraqlı çıxışları birləşdirən ümumi leytmotiv əslən azərbaycanlı, Amerika vətəndaşı Elşad Tahirov tərəfindən muzeyə hədiyyə olunan “Bağçada güllər” xalçasıdır. Bu xalça uzun illər erməni işğalçılarının əlində olmuş və Vətənə qayıtmış ilk xalça nümunəsidir:

“Qarabağ movzusu hamımızın yaralı yeridir, buna görə də yaradıcı insanlar, sənət adamları bu mövzuya dönə-dönə qayıdırlar. Dövlət Pantomima Teatrı ilə əməkdaşlığımız nəticəsində “Anadan” adlı tamaşa ərsəyə gəldi. Tamaşa məhz həmin “Bağçada güllər” xalçasının taleyindən bəhs edir. Xalçanın taleyi burada kədərli və çox təsiredici formada sanki ilmə-ilmə açıldı.

Bütün bu nümunələr bir daha onu göstərir ki, muzeyin kolleksiyası yaradıcı insanlara təkan verərək onları öz axtarışlarında yeni-yeni yollara sövq edir”.


Tədbirin bədii hissəsində Qarabağ mövzusunda şeirlər, Şuşaya həsr olunmuş mahnılar ifa edilib. Eyni zamanda modelyer Səidə Əlizadənin “Anadan” geyim kolleksiyasının nümayişi olub. Müəllifin “Anadan” geyim kolleksiyası Elşad Tahirov tərəfindən hədiyyə olunan “Bağçada güllər” xalçasından bəhrələnərək ərsəyə gəlib.

Belə ki, kolleksiyada təqdim olunan geyimlərin üzərində sözügedən xalçanın üzərində olan qızılgüllər, həmçinin “1 yanvar 1971-ci il Sərvərə anadan əbədi yadigar ad günü hədiyyəsi” yazısı həkk olunub.

 

Nümayiş zamanı Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Simli Kvartetinin musiqiçiləri canlı musiqi ilə müşayiət edib.

 

GÖZƏL
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı