Uti və Udin tayfalarını eyniləşdirmək olarmı?

00:08 13-03-2020 | icon 1715 | Tarix
Uti və Udin tayfalarını eyniləşdirmək olarmı?

(ikinci məqalə)

 

Uti və Udi (Udin) tayfaları Göycə gölü hövzəsində

 

Urartu mənbələrindəki məlumatlara görə, Araz çayından şimaldakı əraziyə ilk işğalçı yürüşü etmiş Urartu çarı I Argişti (e. ə. 785-760) olmuş və o, işğal etdiyi Göycə gölündən Cənub-Qərb tərəfdəki əraziyə Uduri-Etiuni, yəni Udi (Udin) və Uti tayfalarının yaşadığı yer adını vermişdir. Eti Uti adının urartuca yazılış formasıdır (Bax: Qiyasəddin Qeybullayev.

 

Azərbaycan türklərinin təşəkkülü tarixindən

 

Bakı – 1994, s. 44). V əsr erməni tarixçisi Moisey Xorenatsinin əsərində də bu ərazinin adı Uti əyalətidir (“Ermənistan tarixi”. II kitab, 44-cü fəsil). Moisey Xorenatsinin verdiyi məlumata (“Ermənistan tarixi”. I kitab, XII fəsil) görə, ermənilərin ayağı Göycə gölü hövzəsinə ilk dəfə I Artaşes (e. ə. 189-160) buranı işğal edərkən dəymişdir (Bax: Qiyasəddin Qeybullayev. Qədim türklər və Ermənistan. Bakı – 1992, s. 37).

 

Beləliklə, Urartu mənbələrində hər iki tayfanın adının eyni vaxtda çəkilməsi onların eyni mənşəli olması və utilərin udinlərin əcdadı olması ehtimallarını rədd edir. Utilər və udinlər Şimali Qafqazda. Uti və Udin tayfalarının Şimali Qafqazda da yaşaması haqqında ilk dəfə Böyük Plini (23-79) “Təbii tarix” adlı əsərində məlumat vermişdir. Böyük Plininin verdiyi həmin məlumata görə, dəniz sahili boyunca albanlardan şimalda Skif tayfası olan udinlər (VI kitab, paraqraf 36), udinlərdən yuxarıda (şimal-qərb tərəfdə) isə sarmatlar və utidorslar yaşayırmışlar (VI kitab, paraqraf 39). Klavdi Ptolemey (70-147) isə udinlərin isondlardan (çecenlərin əcdadı) şimalda yaşadığını göstərir (“Coğrafiya dərsliyi”. VI. 8, 23).

 

Göründüyü kimi, antik müəlliflər də, Şimali Qafqazda da yaşamış Uti və Udin (Ud) tayfalarından müxtəlif mənşəli tayfalar kimi bəhs etmişlər. Udinlərin skiflər tayfası hesab edilməsinin səbəbi. Skiflər Kiçik Asiyaya qaçan kimmerləri təqıb edərkən Dərbənd keçidi yaxınlığında qarşılarına çıxan Midiya qoşunlarını darmadağın etdilər.

 

Herodot yazır ki, skiflər bu hadısədən sonra 28 il (e. ə. 653-625 T.Ə.) Asiyada reketlik edərək, burada yaşayan xalqların dərin nifrətini qazandılar (Herodot. Tarix. I. 104-106). Skiflərin saysiz-hesabsız özbaşınalıqlarından biri də, Ön Asiya tayfalarının, o cümlədən Uduri-Etiunidən Uti və Udi tayfalarının müəyyən hissəsini, gəldikləri yerə - Şimali Qafqaza və Qara dənizdən şimalda yerləşən ərazilərə köçürməsi olmuşdur.

 

Skif tayfası hesab edilən udinlər də, onların Şimali Qafqaza Uduri - Etiunidən köçürdükləri udilərdən idilər. Udilərin Skif tayfası hesab edilməsinin səbəbi də, yüz illərlə birlikdə yaşadıqları skiflərin hərtərəfli təsirinə məruz qalması olmuşdur. Udinlər və qarqarlar. Moisey Kalankatuklu “Albaniya tarixi” adlı əsərində yazır ki, Qüds ziyarətindən qayıdan Mesrop Maştos Erməniyyədən keçərək Şərq ölkəsinin (Albaniyanın) Uti vilayətinə gəlir. O, Gis (Kiş) kəndinin yanında yaşamağa başlayır və vaxtilə Makedoniyalı İskəndər tərəfindən Böyük Qafqaz dağları yaxınlığına sürgün edilmiş Qarqar tayfası arasında da “İncili” təbliğ edir (Bax: Moisey Kalankatuklu. Albaniya tarixi. Bakı – 1993, s. 31-32).

 

Strabonun verdiyi məlumata görə, Qafqaz dağlarının Keravn adlanan şimal ətəklərində amazonkaların qonşuluğunda yaşayan qarqarlar buraya Femiskaradan (Kiçik Asiyada olmuşdur) gəlmişdir (Strabon. Coğrafiya. XI. 5, 1; XI. 5, 2).

 

Bu məlumatlardan belə bir nəticə çıxır ki, Qarqar tayfası Albanıya ərazisinə ən tezi e. ə. IV əsrin 30-20-ci illərində, Makedo niyalı İskəndərin Şərqə yürüşü zamanı gəlmişdir. Qarqarların Udi və Uti tayfaları ilə birlikdə yaşadığı Uti vilayəti isə, Qarabağ düzündə yox, Kür çayından şimalda Şəki ətrafında olmuşdur. Onlar bu Utı vilayətinə urartuların Uduri - Etiuni adlandırdığı yerdən gəlmişlər.

 

Beləliklə, yazılı mənbələrdəki məlumatların təhlili göstərir ki, Utilər mənşəcə Türkdür və qədim müəlliflərin bəzilərinin Sak adlandırdığı massagetlərin bir hissəsidir. Utilərdən fərqli olaraq, bəzi alimlərin eyniləşdirdiyi Udi və Qarqar tayfaları isə, eramızdan əvvəlki minilliklərdə müasir Türkiyə ərazisinə də köç etmiş Qafqazdilli tayfaların sonrakı nəsillərindəndir. Uti və Udi (Udin) tayfaları arasında möhkəm dostluq münasibətlərı olduğundan hər yerdə və həmişə qonşu olmuşlar.

 

Tofiq Əzizbəyli
/Tarixçi, arxeoloq/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər