“Heydər Əliyev ili” tarixin yaddaşına həkk oldu

18:59 13-05-2023 | icon 1780 | Sağlamlıq
“Heydər Əliyev ili” tarixin yaddaşına həkk oldu

Ümummilli liderə olan sevgiyə şahidlik edirik

 

 

 

KÖNÜL İSMAYILOVA
/Nizami rayon icra hakimiyyətinin məsul işçisi,
MMP Siyasi şurası və İdarə heyətinin üzvü/

 

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunmaqda davam edir. Tarixdə “Heydər Əliyev ili” kimi iz qoyacaq 2023-cü il bu gün böyükdən kiçiyə hər kəsin ehtiramla xatirəsini andığı ümummilli liderə olan sevgiyə şahidlik edir.

 

Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini böyük qürurla Bakıdakı Şəhidlər xiyabanından səsləndirən cənab İlham Əliyevin müraciətində Şuşanın işğaldan azad edilməsi ilə ata vəsiyyətini də yerinə yetirdiyini deməsini xatırlayıram: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” Bu müjdəli xəbərin bu cür səslənməsindən kövrəlməmək mümkün deyildi.

 

Bu gün Şuşadakı çıxışında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müraciətində də cənab Prezident bugünkü böyük qəlbələrimizin təməlində duran Heydər Əliyev yolundan danışdı. Heydər Əliyevin siyasi kursunun layiqli davamının nəticəsi olaraq elə təkcə tarixi Zəfərimizi misal göstərsək yetər. Cənab prezident deyib ki, - “Azərbaycan xalqı Ulu Öndərin arzusunu çin etdi. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır”. Ölkə başçısı daha sonra vurğulayıb ki, ulu öndərin gücü və müdrikliyi Azərbaycanı bir çətir kimi qoruyurdu.

 

1993-cü ilidə Heydər Əliyev böyük səs çoxluğu ilə Prezidenti seçildikdən sonra Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu, böyük diplomatik səylər göstərildi, Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı. Onun dayanmadan ölkəmizin inkişafına yönələn siyasəti qeyd etdiyim kimi, bu gün öz müsbət nəticəsini bir daha göstərir.

 

Ümummili liderin neft strategiyası İlham Əliyevin də dediyi kimi, bu gün bizə Qarabağı, Zəngəzuru yenidən qurmaq imkanı verir. Bu yöndə sürətli işlər gedir. Düzdür, düşmən sakit dayanmır, sərhəddə vəziyyəti gərginləşdirir, öz məssəblərincə insanlarımızın öz yurd-yuvalarına qayıtmaması üçün əllərindən gələni edirlər. Amma xalqımız 30 ildən sonra işğaldan azad etdikləri tarixi torpaqlarımıza heç bir düşmən təxribatına baxmadan qayıtmaqda israrlıdır. Cənab prezidentin də vurğuladığı kimi, - “Necə ki, biz Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı da şərəflə yerinə yetirəcəyik”.

 

Tanrı Azərbaycanı qorusun!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ