"ORTAQ TÜRK TARİXİ"MİZ VƏ DİLİMİZ

11:27 08-04-2020 | icon 840 | Köşə
"ORTAQ TÜRK TARİXİ"MİZ VƏ DİLİMİZ

...VƏ BUNA MÜNASİBƏTDƏ EKS "PERT" YANAŞMASI"

İGİD TEYMURLU

 

"Ekspert istehsalı"na görə Azərbaycan yəqin ki, ən öncül yerlərdən birini tutar. Mən bilmirəm bu "ekspertlər"lər harada və kimlər tərəfindən "istehsal" olunur. Ama həm də bildiyim odur ki, danışığını bilməyən "ekspertlər" in "idxal"ına ilk növbədə mətbuat embarqo qoymalıdır...

 

Kim özünə iş tapa bilmirsə, sıradan bir yurnalistin diliylə özünü "ekspert" yarlığıyla cəmiyyətə sırıyıb hətərən-pətərən danışmaqla məşğul olur...

 

Biri elə bizim bu ...Yox, adıını şəkmirəm bu "ekspert"in...

 

Adam özünü "ekspert" kimi təqdim edib, məktəblərdə tədris olunması nəzərdə tutlan "ORTAQ TÜRK TARİXİ"nin öyrənilməsini lüzumsuz sayır. Niyə atam, qardaşım? Bəs kimin tarixini öyrənməliyik?

 

Dünyanın 200-dən artıq dövlətinin 120-dən çoxuna səpələnən TÜRK ULUSUnun ortaq türk tarixinin öyrənilməsi istiqamətində edilən çabalarda hansı anlaşılmaz məqamlar var ki?!

 

Heç şübhəsiz ki, Rusiya kimi imperiya durub hansısa ucqarında, daha doğrusu, Rusiya imperiyasının zəbt etdiyi hansısa ucqar türk yurdunda I Pyotr xortdayıb gəlsə də PETUXOVLAR, ZAYTSEVLƏR DURUB ORTAQ TÜRK TARİXİnın öyrənilməsinə imkan verməyəcəklər....

 

Eləcə də uyğur türklərinin soyqırımını həyata keçirən Çin dövləti də...

Eləcə də 40 milyonluq GÜNEY Azərbaycan türkünün bütün azadlıqlarını buxovlamış fars şovinizmi də...

Eləcə də hətta Bernard Şounun istehzalarını geridə qoyan şumer və mayya mədəniyyətlərini yer üzündən silməyə çalışan Amerika, Avropa "demokratiya"sı da...

Eləcə də Kərkük türkmanlarının soyqırıma məruz qalmasına şərait yaradan göl ərəbləri də.... Eləcə də Saakaşvilinin qızılgül ətirli Gürcüstanı da...

Eləcə də....

 

Söhbət ondan gedir ki, ən azından başda Azərbaycan və Türkiyə olmaq şərtilə Kiprdə, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Türkmənistanda ortaq türkcənin formalaşdırılması və ortaq türk tarixinin tədrisiylə bağlı fundamental şəkildə addımlar atılsın. Hanı sənin TÜRKPA-nın ortaya qoyduğu iş? Formal olaraq bir Türk Akademiyasını yaratmaqla bu iş bitməz, əfəndilər...

 

Hanı sənin bu strategiyanı önləyəcək aydınlarının birgə fəaliyyəti? Hanı sənin ortaq televizionun, hanı sənin ortaq yayım nəşrlərin? Hanı sənin ortaq ana dilinin tədrisi? Hanı bu konuda TÜRKPA-nın rəsmilərlə olan müraciətləri, tövsiyyələri? ...

 

Düzdür, bu kontekstdən olan addımlar ləng də olsa atılmaqdadır. Ancaq bu, qətiyyən yetərli deyil. Nədən ibtidai siniflərdən uşaqlara ortaq türk ədəbiyyatından nümunələr təqdim edilmir? Biz ortaq türkcənin formalaşması peşindəykən orfoqrafiya lüğətlərimizə yadelli sözlərin hücumunu təşkil edən qüvvələr də yeni məişət səviyyəsində işlənən tapıntıları dilimizə pərçimləməkdədilər. Əvəzində də türkcəni bizə xarici dil sanaraq "tərcümə" formatında təqdim edirlər!!!

 

Toponimlərin dəyişdirilməsi də bu prosesin tərkib hissəsidir ki, yerli camaat hələ də bunun marağında deyil. Qərbi Azərbaycanda, Qarabağda, Güney Azərbaycanda, indiki Gürcüstanın tərkibində qalan qədim türk ellərində dəyişdirilən toponimlərimiz elə Quzey Azərbaycanda da davam etməkdədir. Elə bir müddət öncə haqqında danışdığımız ODURAĞARAN (YARDIMLI RAYONU) kəndinin adının "ODURAKƏRAN" kimi yazılışı da bu qəbildəndir.

 

Belə bir şəraitdə hansısa "ekspert"in ictimai fikirdə çaşqınlıq yaratmaq istəyi başadüşülən deyil. Belə güclü savada malik "ekspert"sinizsə, buyurun, məsələlərin elmi, siyasi tərəfini ortaya qoyun. TÜRK tarixinin, türk dilinin yasaq edilməsilə bağlı münasibətlərinizi, mövqeyinizi fundamental əsaslar üzərində təqdim edin...

 

Buyurun "eks pertliyiniz"i burada göstərin....

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ