İstiqlalımız və Aslanİsmayılovlaşan autist cəmiyyət

13:34 22-05-2018 | icon 962 | Köşə
İstiqlalımız və Aslanİsmayılovlaşan autist cəmiyyət

İGİD TEYMURLU

  

Aslan İsmayılovun etdiyi bir paylaşım sadəcə olaraq adamı heyrətə gətirir. Və “heyrət, ey büt!” deyən adam doğrudan da, AUTİST CƏMİYYƏTİN AUTİST ÖVLADI OLMAQDAN mənəvi əzab çəkir...

 

Dəyərli Aslan bəy autizm sindromlu cəmiyyətin gerçək halını görməzliyə vurub Olimpdəki Allahları ittiham edir... Özünüz bir bəndəlik yapdınızmı, Aslan bəy? Və necə bəndəlik yapdınız ki, zülüm içində inlədiyimiz anlarda siz bir hüquqşünas olaraq hər yeddi nəfər uşağından biri autist olan Azərbaycan cəmiyyətindən xəbərsiz olaraq davranmısınız, ötən illərdə bir dəfə də olsun autizm sindromlu uşaqların halına acımamısınız!? Axı Rəsulzadənin bayrağını ucaldacaq elə həmin uşaqlardır, Aslan İsmayılov! Siz öncə bu problemi həll edin, sonra yorğandan danışın...

 

Əslində hörmətli Aslan İsmayılovun özü də bu məsələdə bir prototipdir – cəmiyyətimizin prototipi. Biz hələ öz ayıbımıza qısılmırıq, ayıbımızı utanmadan və usanmadan cəmiyyətə sərgiləyib ondan həzz alırıq...

 

FELMAR ƏLƏKBƏRLİnin Şin zavodunun həyətində Rəsulzadəyə ucaltdığı büstün tarixindən düz 28 il keçib. İnformasiya xəstəsi Aslan İsmayılovsa indi bundan xəbər tutur!!!

 

Amma buna da min şükür...

Etdiyimiz şükürlərin fonunda Aslanismayılovlaşan autist cəmiyyətin hansı büt qarşısında dini rituallar icra etməsi isə güman ki, hansısa indulgensiya qəbzinə olan münasibətdəki sevgidən doğur...

 

Adam görün nə söyləmiş və düz də söyləmiş.

"....Bu gün sosial şəbəkələrdə, haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı olan, Cümhuriyyəti quran kişilərin başında dayanan Məhəmməd Əmin Rəsulzadənin Ulduz Metrosunun yanında yerləşən Şin zavodunun həyətində zibilliyin, kol-kosun içində olan büstünü gördüm. Həqiqətən utandım. Cümhuriyyəti quran kişilər mənə də lənət oxumasınlar deyə bu yazını qeydə alıb buradan deyirəm - ayıbdır....""...

 

BƏLİ, AYIBDIR, ASLAN İSMAYILOV, ayıbdır və ayıb olsun Rəsulzadə adından özünə siyasi komufulyaj düzəldən Azərbaycan müxalifətinin tam böyük bir kəsiminə ki, hələ indiyə kimi o büstü belə ziyarət etməyiblər...

 

BƏLİ, AYIBDIR, ASLAN İSMAYILOV, ayıbdır və ayıb olsun Azərbaycan müxalifətinin tam böyük bir kəsiminə ki, hələ indinin özünədək sizin halından utandığınız o büstü min bir zillət hesabına, min bir qorxu hesabına ucaldan o zamankı Şin zavodunun direktoru olan, indisə fəaliyyətini Vətəndaş Həmrəyliyi Partiyasının funksioneri kimi davam etdirən  FELMAR ƏLƏKBƏRLİnin kimliyindən və atdığı addımdan xəbərsizdilər!!!

 

BƏLİ, AYIBDIR, ASLAN İSMAYILOV, ayıbdır və ayıb olsun ki, Aslan İsmayılov çəkisində olan bir tanınmış hüqüqşünasımızın özü də BU FAKTI indinin özünədək ya görməzliyə vurub, ya da ki, görməyib!!!

 

Üstündən 28 il ötüb o büstün ucalmasından!!!

28 min dəfə oralardan keçmisiniz, bir dəfə də olsun ora baş çəkməmisiniz və indi də iqtidarı qınayırsınız.

Axı zatən “həpiniz böyləsiniz”,  Aslan bəy!

Öyləsə, bəylər və xanımlar, lütfən yapmayın!!!

Yapmayın İsa Məsih eşqilə alovlanmağı, “qan tarlası”na sürünmək həvəsinizi ortaya qoymağınızı!!!

Yapmayın həzrəti Mehdi hüzuruna ədalət mücəssəməsi kimi çıxmaq istəyinizi, bağsız tuman düşüncəsiylə iş yarmağı!!!

Yapmayın ucuz şoularla cəmiyyəti ələ salmağı!!!!

 

İSTİQLALIMIZIN 100-CÜ İLİNDƏKİ HALIMIZı gerçəkdən dilə gətirin, hansısa maraq xatirinə yox!!!

Söyləyimmi o halımızı!?

Qulaq asın, ərz edim və qoy Aslan İsmayılov da öz dəyərini versin...

 

Dəyərli Aslan bəy, İSTİQLALIMIZIN 100-CÜ İLİNDƏ bu gün BİZ hələ də piyADAYIQ. Və həm də bir adayıq ki, ətrafımız sarılsa belə mədə niyyətimiz gerçəyi görünməz edib. Və bu işdə siz seçilmişlərin suçu yetərincədir. Siz düz deyirsiniz, bəli, AYIBDIR, ASLAN İSMAYILOV, ayıbdır...

 

Ötən əsrin əvvəlində İstiqlaliyyətimizə Gedən Yolda əngəllər çox olduğu kimi indi də İstiqlal Mücahidlərimizə qoyulan abidələrə doğru gedən yollarımız və abidələrin ətrafı zir-zibillə doludur. İstiqlal Mücahidlərimizin yanından şütüyüb keçirik. Buna VHP-çi Felmar Ələkbərlinin hələ sovet dönəmində Şin zavodunun həyətində ucaltdığı abidəyə doğru uzanan yol da şahidlik edir. Zamansa LİDERLƏRİMİZİN MİZinə və həm də MIZına boyun əyməkdədir. İstiqlalını yetərincə qiymətləndirməyən AUTİSTLƏR ŞƏHƏRİnin sakinləri kimi davranmağımızı görən düşmənlərimizin də əziyyət çəkmələrinə ehtiyac yox.

 

Bizə BİZ lazım deyil, çünki Biz BİZ olub bir-birimizi bizləməkdən həzz alan millətik. İstiqlalımızdan ağızdolusu danışanlar nədənsə 28 mayda lal olur, kar olur, kor olur, yumşaq kreslodan ayrılıb İstiqlal Mücahidlərimizin abidəsini beşcə dəqiqəliyə ziyarət etmək üçün özlərində güc tapa bilmirlər. Hansı ki, İstiqlal Mücahidlərimiz belələrinin də ömür sürdüyü bu günümüz üçün “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA YENMƏZ!” ümidiylə bütün ömürlərini çürüdüblər!!!

 

İSTİQLALIMIZIN 100-CÜ İLİNDƏ hələ də bütöv bir formatda bu ildönümünü qeyd edə bilmirik. Hirsimizi, hikkəmizi istiqlalımızın başına döyəcləməklə soyutmağa çalışırıq. “Bir olalım!” deyə hayqıran İstiqlal Mücahidlərimizin çağırışı 100 ildir ki, qulaqardına vurulur, hərə bir bayraq altında siyasi komediyanın personajı kimi 28 mayda səhnəyə çıxıb xala xətrin qalmasın deyə özünü millətə göstərəndən sonra moizələr hazırladıqları hücrəyə çəkilirlər. Baş verənlərə hər kəs “bu, bir oyundur” deyir. Hakimiyyət müxalifətin, müxalifət hakimiyyətin, cəmiyyət də hər ikisinin etdiklərini, dediklərini “oyun” adlandırır...

Yəni, doğrudanmı biz bunca oynağan millətik!!!??? Azərbaycanda kimisi BAŞ.., kimisi DAŞ..., kimisi də XAŞ hayındadır...

 

Ortalıqda Başla Daşın, Daşla Xaşın siyasi striptizi nümayiş olunur. Siyasi liderlərimizin gerçək halı AZADLIĞIn qazanda olması görüntüsünü yaradıb, çünki hər əldə bir nimçə var...

 

İSTİQLALIMIZIN 100-CÜ İLİNDƏ zərif xeyirxahlıq pərdəsinə bürünən bir para istiqlalsevərlərimiz qul vəziyyətindəykən özlərini daha azad hiss edirlər...

 

İSTİQLALIMIZIN 100-CÜ İLİNDƏ Böyük Azərbaycan yeddi dövlətin arasında parçalandığı bir dönəmdə biz hansısa utopik birliklərin peşindəyik. 50 milyonluq Azərbaycan türkünün varoluşundan ağızdolusu danışan millətin səlahiyyətliləri ata yurdunda inləyənlərin halından xəbərsiz kimi davranıb içlərdə yatan Vətən Sevgisini öldürürlər...

 

İSTİQLALIMIZIN 100-CÜ İLİNDƏ “xoşbəxt gələcəyimiz”i qurmaq istəyiriksə, millət olaraq görüntü naminə xeyirxahlıq pərdəsinə bürünməməliyik, özümüzü olduğumuzdan qat-qat artıq göstərməyə də son qoymalıyıq. Əks halda belə gedişlər bir atalar misalının batini mənasını unudaraq ölkəni xarabalığa çevirməklə xəzinə axtarmağa bənzər. Tanrı cəmi millətimizi belə mənəvi eybəcərlikdən hifz eləsin!..

 

İSTİQLALIMIZIN 100-CÜ İLİNDƏ hələ də fərqində deyilik ki, biz bir millət, bir dövlət olaraq Yırtıcı Heyvanların hədəfindəyik. Yırtıcı Heyvanlar kor olanda daha qorxunc şəkil alır. O kor yırtıcı heyvanların Azərbaycana düşən kölgələri anbaan daha qorxunc şəkil almaqdadır. Qarşısında əzilən, tapdalanan, problemlərin məngənəsində can çürüdən insanları görməyən bu yırtıcı heyvanların kor qəzəbi bütöv milləti bir əsirə çevirib. Biri yorğandan, biri döşəkdən, biri soğandan, biri sarımsaqdan, biri az yeməkdən, biri pəhriz saxlamaqdan, biri pensiya yaşını artırmadan, biri də tək övlad sevgisindən  dəm vuraraq guya ki, vəziyyətdən çıxış yolunu xalqa təqdim edirlər. Əvəzindəsə torpaq itkisi, qaçqın pulu formatında ələbaxımlılıq, artan qul bazarları, boşanmalar, intiharlar AUTİST ALLAHLARın diqqətindən kənarda qalıb...

 

İSTİQLALIMIZIN 100-CÜ İLİNDƏ İstiqlal Mücahidlərimizin ünvanına hədyanlar yağdırılır. Belələri günümüzün virtual biçənəyində ac quşlar tək dən axtarışına çıxmaqla əslində öz bağsız tuman, yamaqsız corab düşüncələrini ortalığa qoyurlar. Və elə bununla da o kəslərin diletant xarakteri üzə çıxır. Fəqət bu millət durduqca, bu millət İstiqlal Mücahidlərimizin “BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA YENMƏZ!” amalına sadiq qaldıqca ayıbına qısılmayanlar əbədi əzaba qatlaşacaqlar...

 

Axı bu dil deyilən zadın nə qoruğu olur, nə də qaytanı. Üstəlik bu məmləkətdə autistlər kimi hərənin öz dünyası, öz baxış bucağı var, elə Aslan İsmayılovun da. Elə Aslan bəy də autistlər kimi məlum statusuyla öz xüsusi aləmində yaşadığını ortaya qoyur, vəssalam...

 

“Heyrət, ey Büt!!”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?

Yer tarixinin ən iri ilanının QALIQLARI