Hanı diplomatik bombalar?

23:58 21-05-2020 | icon 1946 | Köşə
Hanı diplomatik bombalar?

Heç bir titrəyiş, silkələnmə yoxdur 


TAHİRƏ QAFARLI

 

Şuşa düz 28 ildir ki, düşmən əsarətində. Gündə dəfələrlə zorlanır, təhqir olunur. Nə qədər üzəri erməni damğaları, erməni “libası" ilə "süslənsə" də Şuşamız girovluqda qalan əsirdir.

 

Bu gün elə bildim ki, torpaqlarımız yenidən, bir daha işğal olundu. Yenidən şuşalılar evlərindən didərgin düşdülər, yenidən məhv olduq. Qəribədir, erməni terrorçularının bu gün Şuşada şənlənməsi, andiçmə mərasimi ilk dəfəymiş kimi hissiyyatıma toxundu. Əzildim, büküldüm, ağladım... halbu ki, bu gün erməni vəhşilərinin Qarabağda etdiyi həyasızlıq indi başlamır. Düz 30 ildir ermənilər torpaqlarımızda cinayətlər törədirlər.

 

28 ildir Şuşa işğalda... Əslində bu duruma soyuqqanlı yanaşanda düşünürsən ki, sanki bu gün nə dəyişir ki… Onsuz da 28 ildir Qarabağ ermənilərin əlindədir və ondan istədikləri kimi istifadə edirlər. Qoy bu gün də olsun 27 ildə baş verənlərdən biri...

 

Məsələ burasındadır ki, erməni cinayətkarları öz məqsədləri uğrunda irəliləyirlər. Torpaqları işğal edib, indi də məskunlaşırlar. Torpaqlarımız ilhaq olunur. erməni terrorçuları Azərbaycan ərazilərində ağlasığmaz cinayətlər, soyqırımlar törədiblər və bu cinayətlərini bu gün də davam etdirirlər... erməni xisləti dəyişən deyil. Torpaqlarımızı işğal edib. Azərbaycanın ərazi bütövlüyü faktiki olaraq pozulub. erməni separatçıları beynəlxalq hüquqa məhəl qoymurlar. Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan azərbaycanlılar öz evlərindən didərgin düşüblər... erməni faşizmi ən qatı cəzaya məhkumdur. Bütün bu faktlar o qədər aydındır ki... erməni xisləti işğal, terror, qaniçən obrazını özündə cəmləyən manyakdır, bu aksiomadır. Ən acınacaqlı məqam budur ki, biz bu residivistləri sülhə dəvət edirik, yaxud vasitəçilər dəvət edirlər. Bu münaqişədə düşmənə, hadisəyə münasibətdə ortaya atılan ən axmaq, ən ağlasığmaz şizofrenik bir davranışdır. İşğalçı, qaniçən, illərdir torpağımızı işğalda saxlayan separatçı manyak qrupun danışıqlara gəlib torpaqları geri qaytaracağına inanmaq ən böyük natamamlıq, ən böyük ələsalınma əməlində bir oyunçu olmaqdır.

 

Yaxşı, bu hadisələrin bu tempdə inkişaf etməsində maraqlı olanlar kimlərdir? Kimdir bizi bu qədər alçalmağa vadar edənlər? Bu, regionda əlahiddə marağı olan Rusiya, ABŞ, Fransanın münaqişəni nizamlamaq üçün yaradılan Minsk Qrupunun həmsədr dövlətləridir. Hələ bu gün Ermənistanla körpülər quran İranın erməni təəssübkeşliyini demirəm. Azərbaycan sülhə çağrılır, Ərazi bütövlüyü tanınır. Amma onu pozan işğalçıya qarşı heç bir tədbir görülmür. Beynəlxalq təşkilatlar üçün Azərbaycan torpaqlarının işğal olunmasının heç bir əhəmiyyəti yoxdur. Sözdə ərazi bütövlüyünü tanıyır, əməldə isə pozurlar. Deməli beynəlxalq aləmin də Qarabağ məsələsinə mövqeyi bəlli olur. O zaman sual olunur: biz niyə onların yaxasından düşmürük. Nə etməliyik?

 

Artıq düşmənə və onun havadarlarına şans verilməməlidir. ATƏT öz bildiyini etsin, amma biz də öz tədbirimizi görməliyik... düşmən vurulmalıdır, məhv edilməlidir. Biz kiməsə xoş gəlmək üçün hərəkət etməməliyik. Şuşanı hərbi bombalarla dağıtmadıq. Yaxşı, hanı diplomatik bombalar?! Hanı, heç bir titrəyiş, silkələnmə yoxdur. Elə erməni də buna görə indi Şuşada bayram edir. Nə vaxta qədər ki, cəsarət göstərməyəcəyik, düşmən bildiyini edəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ