“Stalinin qaranlıq keçmişi” filmi ABŞ-da qalib oldu

11:04 08-06-2020 | icon 852 | Film
“Stalinin qaranlıq keçmişi” filmi ABŞ-da qalib oldu

"Azərbaycanı dünyada daha geniş tanıtmaq üçün filmlər çəkdik və istəyimizə də nail oluruq"

 

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” sənədli filmi ABŞ-da “People of Color, The International Cultural Exchange”in Film Festivalında qalib olub.

 

“People of Color, The International Cultural Exchange” festivalınıda “Stalinin qaranlıq keçmişi” sənədli filmi 47 ölkədən olan 3047 film  arasından qalib seçilib.



Versus.Az xəbər verir ki, bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

 

“People of Color, The International Cultural Exchange” festivalının icraçı direktoru Piruz Alemi nin C.Qasımova yazdığı məktubda “Təbriklər. Sizin filminiz “People of Color, The International Cultural Exchange 2020 Film Festival”da top mükafat qazandı”,-deyə bildirilib.

 

“Stalinin qaranlıq keçmişi” sənədli filmində “Koba” ləqəbli Stalinin Bakıda yaşadığı dövrləri Stalinin ömür yoluna, xüsusilə də Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılıb.

 

“Stalin Bakıda 7 dəfə çar ordusu tərəfindən həbs edilsə də, o, Bakı qoçularının köməyi ilə Bayıl türməsindən qaça bilib. Buna baxmayaraq 28 aprel 1920-ci ildə - Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra “Koba” ləqəbli Stalini şəxsən tanıyan 200-dən çox Bakı qoçusu bir-bir güllələnib...

 

O dövrdə Stalin deyirmiş ki, onun həyat məktəbi Bakı olub. O, Azərbaycan dilində də danışa bilirmiş. Stalin Bakı qoçularının ətrafında birləşərək, neftxudalardan böyük miqdarda pullar toplayıb.

 

Tarix Stalini qəddar, kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölümünün baiskarı kimi tanıyır. İosif Vissarionoviç Cuqaşvilinin (Stalin) anası onu din xadimi kimi görmək istəyirmiş. Lakin tale elə gətirib ki, Stalin din xadimi yox, böyük imperiyanın ən böyük diktatoru olub”, - C.Qasımov bildirib.

 

“"Stalinin qaranlıq keçmişi” sənədli filmi son bir ildə 20-ci mükafatını qazanıb. Bu bizim uğurumuz deyil, Azərbaycanın uğurudur.  Dövlət dəstəyi olsa, daha çox mükafat əldə edərik. Çəkdiyim filmlər dünya film bazarında Vimeo, Amazon, ABŞ, İngiltərə, UDU Digital, Hollivud prodüserləri ilə əlaqə məkanı olan iPitch.tv-nin 17 film platformalarında yerləşdirilib. Dünya mediasında barələrində geniş məlumatlar yazılıb. Qeyd edim ki, filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza istehsal etmişik.


Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox, Azərbaycanı dünyada daha geniş tanıtmaq üçün filmlər çəkdik və istəyimizə də nail oluruq”.


Redaktoru Əkbər Qoşalı olan sənədli filmdə mətni Xalq artisti Eldost Bayram oxuyub. /modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər