BÖLÜNDÜLƏR

01:01 09-06-2020 | icon 1651 | Köşə
BÖLÜNDÜLƏR

31 dekabra hələ çox qalıb...



BƏYBALA MİRZƏYEV

 

Son iki gündə sosial şəbəkə fəalları iki zidd cəbhəyə, əks qütbə bölündü. İnsanlarımızın bir hissəsi yalnız karantin rejimini pozanları və eyvanlardan polislərin üzərinə zibil atanları dəstəkləyir, polislərə isə nifrət püskürür. Digər hissəsi isə birmənalı olaraq ancaq polisləri müdafiə edir və karantin rejimini pozaraq polis tərəfindən döyülən vətəndaşları, balkonlardan zibil atanları asıb-kəsir.

 
 
 
Hərəsi də öz mövqeyinə haqq qazandırmaq və öz paylaşımına obyektivlik görüntüsü vermək üçün bir yığın mənəvi, hüquqi arqumentlər, dəlillər gətirir, politoloqlarsayağı analitik fikirlər səsləndirirlər.
 
 
Deməli, vətəndaşları müdafiə edənlər üçün polislər yoxdur, yox kimidir. Polisləri müdafiə edənlərin gözündə isə vətəndaşlar bir heçdir.
 
 
Bu iki yanaşmanın, bu iki düşüncə tərzinin ikisi də ifratdır. İkisi də yanlışdır və ikisi də təhlükəlidir.
 
Bu onu göstərir ki, sosial şəbəkə yazarlarının, bloggerlərinin əksəriyyəti tərəfkeşdir, təəssübkeşdir.
 
Əksər insanlarımız birtərəfli düşünür.
 
 
Amma ən doğru və obyektiv yanaşma isə o olardı ki, bu mövzuda paylaşım edənlər "polis də, vətəndaş da bizimdir, bizimkidir" düşüncəsindən yola çıxardılar.
 
 
Son iki gündə paytaxtımızda heç də xoş olmayan, xoş görünməyən bir sıra neqativ hallar yaşandı. Polislərlə vətəndaşlar arasında bəzi gərginliklər yaşandı.
 
 
Operativ Qərargah belə bir qərarın fəsadlarını öncədən hesablamamışdı, görə bilməmişdi.
 
 
Odur ki, bizdən öncə Türkiyədə tətbiq edilən, lakin nəticələri səmərəsiz olan ikigünlük evdəqalma rejiminin tətbiqi nəticəsində şəhərimizin bəzi ünvanlarında polislərlə vətəndaşlar arasında insidentlər, təhqirlər, süpürləşmələr baş verdi.
 
 
Təəssüf.
 
Bütün bunlar baş verməməliydi.
 
Lakin bütün bunlar bizim istəyib-istəməməyimizdən asılı olmayaraq baş veribsə, biz bu insidentlərin videolarını paylaşıb cəmiyyətdə polislərə və ya vətəndaşlara qarşı nifrət, qəzəb hissini körükləməməliyik.
 
Tərəf tutmamalıyıq.
 
Vətəndaşları təhqir etməməliyik.
 
Polislərə düşmən gözüylə baxmamalıyıq.
 
 
İşğalçı ermənilərə qarşı göstərmədiyimiz və ya göstərə bilmədiyimiz kini, nifrəti eyvandan zibil atan vətəndaşlara və ya vətəndaşlara fiziki güc tətbiq edən polislərə qarşı yönəltməməliyik.
Nə karantin rejimini pozanları döyən polislər haqlı deyil, nədəki guya ki bir etiraz forması olaraq polislərə zibil atanlar haqlı deyil.
 
 
Amma nə yazıq ki, bütün bu olanlar artıq olub keçib. İndi biz də bu iki tərəfdən hər hansı birinin tərəfini tutub digərinə söyüş söyməməliyik.
Odun üzərinə benzin tökmək bizə yaraşmaz!
Ümumiyyətlə, odla oynamaq olmaz !!!
 
 
Zatən onsuz da polislərlə vətəndaşlar arasında qarşıdurmanın baş verməsində, anarxiya yaşanmasında maraqlı olanlar çoxdur.
 
 
Belələri həm müxalifət düşərgəsində, həm iqtidarın öz daxilində, həm də xarici qüvvələr arasında var.
Biz də öz paylaşımlarımızla onların çörəyinə yağ sürtməyək.
 
Pandemiya və karantin onsuz da hamımızın əsəblərini tarıma çəkib. Amma biz bacardığımız qədər pozitivə köklənməliyik.
 
Həmrəy olmağımız yolunda bir şeylər etməliyik.
 
Bacarırıqsa, son iki günün qəhrəmanı olan polislərə də, vətəndaşlara da xoşgörü ilə yanaşaq.
 
 
P.S. Dekabrın 31-də həmrəy olmağa nə var ki?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ