“Türk Dövlətləri Birliyi” kitabı uyğur türkcəsinə çevrilib

16:46 10-06-2020 | icon 904 | Ədəbiyyat
“Türk Dövlətləri Birliyi” kitabı uyğur türkcəsinə çevrilib

Azərbaycan Milli Məclisinin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin müəllifi olduğu “Türk Dövlətləri Birliyi” kitabı Mərkəzi ofisi Ankarada yerləşən Uyğur Araşdırma İnstitunun təşəbbüsü və dəstəyilə uyğur dilinə tərcümə olunub.

 

Versus.az xəbər verir ki, bu barədə Uyğur Araşdırma İnstitunun saytında yerləşdirilən məqalədə məlumat verilir.

 

Məqalədə kitabın yaxın aylarda uyğur dilli oxuculara təqdim olunacağı qeyd edilir. 2013-cü ildə Azərbaycanda “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı nəşr olunub. 2014-2017-ci illərdə isə bu kitab türk, qazax, qırğız, boşnak, rus və macar dillərinə tərcümə edilərək bu ölkələrdə çap olunub. Kitabda təkcə türk xalqının şanlı tarixi əks olunmur, eyni zamanda, günümüzdəki problemlərinə də toxunulur. Kitab altı fəsildən – “Tarixdən doğulan gələcək”, “Ümumtürk mədəniyyəti fərqli sivilizasiya nümunəsi kimi”, “Avrasiyanın inkişaf perspektivləri və türk dövlətləri”, “Beynəlxalq siyasət və beynəlxalq hüquqda birlik yaratmanın əhəmiyyəti”, “Sarsılmaz təməllər üzərində və Türk Dövlətləri Birliyinin strategiyası” fəsillərindən ibarətdir.

 

Həmçinin kitabda 315-ə qədər ədəbiyyat və qaynaqdan istifadə olunub ki, bunun da əksəriyyəti türk, ingilis, rus və digər xarici mənbələrdir. Qeyd edək ki, azərbaycanlı deputatın müəllifi olduğu “Türk Dövlətləri Birliyi” kitabı təhsil, elm və diplomatiya sahəsində çalışan insanlar üçün daha faydalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

RAYS Azərbaycanda piratçılığa qarşı: Hamı ödəməli olacaq!

Gələn ay Şuşaya qayıdış BAŞLAYIR