Toxunuş...

22:41 12-06-2020 | icon 715 | Köşə
Toxunuş...

Virus haqda şeir və ya roman yazıla bilərmi?

 

Əlbəttə, yazıla bilər. Bir toxunuşla həyatımızın alt-üst ola biləcəyi barədə, epidemiyanın insan həyatına gətirdiyi əzablar haqda zatən indiyə qədər də çoxlu romanlar yazılıb. Əlbəttə, bizdə yox, dünyada...

 

Məsələn, Qabriel Qarsiya Markesin "Vəba zamanı məhəbbət" romanı, Deniel Kiz`in "Toxunuş" romanı, Yana Vaqner`in "Canlı adamlar" romanı, Stiven`Kinqin "Qarşıdurma" romanı məhz bu mövzulara həsr olunub.

 

Amma bu romanların arasında ən qüvvətlisi, ən dərin təsir gücünə malik olanı məhz fransız əsilli Əlcəzair yazıçı-filosofu Alber Kamyu`nun "Taun" əsəridir.

 

Başqa bir adı "Vəba" olan Kamyunun bu roman-pritçasında insanın varlığı, insan həyatının mahiyyəti üzə çıxır, açılır. Epidemiyanın əsarəti altına düşən insanlar seçim qarşısında qalmalı olurlar: mübarizə aparmalı, təslim olmalı, qaçmağa çalışmalı, yoxsa yenidən həyatın mənasını tapmalı və yaşamaq eşqini qazanmalı?!

 

Gördüyünüz kimi bu romanların hər birində olduqca dərin fəlsəfi-sosial məsələlər, məqamlar öz əksini tapıb.

Dünya ədəbiyyatında hətta pandemiya və epidemiyalara dair şeirlər, esselər də çoxdur.

 

Bəs bizim AMEA-nın alimləri və AYB-nin üzvü olan yazarlar, şairlər nə istəyir? Onlar da koronavirusa, karantinə dair insanı düşündürə, mənəvi inkişafa səbəb ola biləcək şeirlər, hekayələr, romanlar yazmağa hazırlaşırlar?

Niyə də yox?

Qoy yazsınlar.

Ancaq lağlağı şeirlər yox.

Layk yığmağa hesablanmış Fb statusları da yox!

 

P.S. Könül istərdi ki, bizim də bir Kamyumuz olsun.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ