Fədakar həkimlərimiz və səhlənkar vətəndaşlar...

00:59 15-06-2020 | icon 1581 | Köşə
Fədakar həkimlərimiz və səhlənkar vətəndaşlar...

Hər addımda virus yoluxması ilə qarşılaşa bilərik


YAZGÜL ABDİYEVA

 

Fədakar həkimlərimiz aylardır ailələrinə həsrət qalırlar, istədikıəri vaxt adi su da içə bilmirlər, gecə-gündüz işləyirlər, saatlarla xüsusi geyimdə olurlar, isti havada xüsusi geyimdə onlara çətin olsa da, yorulmadan çalışırlar. COVİD 19-la mübarizə aparırlar!


Dövlətimiz xalqımızın sağlamlığını qorumaq üçün böyük işlər görür və digər ölkələrə nümunə olan planlar həyata keçirir.


Qısa müddət ərzində Yeni klinikanın açılması, modul tipli xəstəxanaların koronaviruslu xəstələr üçün istifadəyə verilməsi, maska istehsalı və sair...


Bəs biz vətəndaş olaraq dövlətimizə və həkimlərimizə necə kömək edirik?


İki gün evdə qalmaq istəməyən vətəndaşlar, soyuq reanimasiyada süni tənəffüs aparatına qoşulan xəstələr necə əziyyət çəkir bilirsinizmi?


Həkimlərimiz, tibb bacılarımız onları həyata qaytarmaq üçün əzmlə çalışırlar, nə qədər stress keçirirlər, bilirsinizmi?


Hər xəstə üçün dövlət nə qədər büdcə xərcləyir bilirsinizmi?

 

Məsuliyyətsiz vətəndaşlar isə xəstəliyin yayılmasını sürətləndirirlər! Dövlətimizə və həkimlərimizə dəstək lazımdır! Dəstəyiniz o, olsun ki, qanun və qaydalara birgə ciddi əməl edək! Maska, məsafə, gigiyenik təmizlik! Yəqin ki, bunlara riayət etmək çətin olmaz!

 

Rayonlarda xəstə sayı az idi. Bakıdan rayonlara gizli-aşkar gediş çoxaldı. Rayonlardakı əhalini beləmi qoruyuruq? Axı belə bir vaxtda qrup halında rayona istirahət adı ilə getmək, restoranlarda qonaqlıq etmək və s. olmaz. Çünki hər addımda virus yoluxması ilə qarşılaşa bilərik.


Məsuliyyətsiz vətəndaşlara görə 2-3 həftəlik əvvəlki kimi (sms ilə icazə) çox ciddi karantin rejiminə keçirilsə, rayonlara gediş-gəliş ciddi nəzarətə götürülsə, restoranlar, marketlər, apteklər müvəqqəti onlayn sistemlə işləsə, ictimai nəqliyyatlarda və qapalı məkanlarda nəzarət güclənsə xəstəlik azala bilər.

Əks halda xəstəlik həndəsi silsilə ilə artacaq!!!


Çünki hələ də bu xəstəliyin ciddiliyini başa düşməyən, evdə özünü səhv - kortəbii müalicə edən, xəstəliyi gizlədən, "belə xəstəlik yoxdur" deyən vətəndaşlarımız var!!!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

"Almaniyaya səfər məhsuldar keçdi"

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ