Kəmalə Ağazadənin işi üzrə məhkəmə istintaqı başa çatıb

13:43 08-06-2018 | icon 140 | Hadisə
Kəmalə Ağazadənin işi üzrə məhkəmə istintaqı başa çatıb

 Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin CM-nin  178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2.-ci ( təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Versus.Az xəbər verir ki, prosesdə hakim məhkəmə istintaqının başa çatdığını elan edib. Dövlət ittihamçısı çıxışa hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses ayın 14-nə təyin olunub.

 

Xatırladaq ki, cinayət işinin materiallarına əsasən, o 1998-ci ildən Azərbaycan Uşaqları Birliyinin sədri vəzifəsində çalışan Kəmalə Ağazadə 2015-ci ilin sentyabr-oktyabr aylarında inzibati binada hissə-hissə vətəndaş Həcər Kəngərlidən 3600 manat, Mahir Bayramov və Mahirə Sadıqovanın hər birindən 2100 manat olmaqla, ümumilikdə 7800 manat məbləğində pulu ələ keçirib.

 

Qeyd edək ki, istintaq dövründə K.Ağazadə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Turan Qurultayında Qarabağla bağlı çağırış edib

Azərbaycan şəhidləri abidəsinin açılışı olacaq

"Nazilidən Masallıya könül körpüsü" Masallıda

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkilinin kitabları Türkiyənin qədim Kapadokya vilayətində

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

"Bu xəbər hamımızı üzdü"

Nazirlikdən XƏBƏRDARLIQ

İxtisas seçimi bu gün başa çatır

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Daşqın təhlükəsi - XƏBƏRDARLIQ

DSX rəisi yüksək sürətlə at çapan qız və onun atası ilə görüşüb

Tovuzla Masallı Nazili ilə qardaşlaşacaq

“Yeni müttəfiqlər axtaracağıq”