Bu eynəklər sağlamlığa zərərlidir

20:19 09-06-2018 | icon 672 | Gündəm
Bu eynəklər sağlamlığa zərərlidir

Yay mövsümündə gün eynəkləri ən dəbdə olan aksesuara çevrilir, lakin insanlar imkan daxilində ucuz və bir o qədər də keyfiyyəti olmayan gün eynəklərindən istifadə etməməlidir. Bunu Trend-ə oftalmoloq-cərrah Azər Kərimov deyib.

 

A.Kərimov qeyd edib ki, əksəriyyət ucuz eynəklərin onların gözləri və ümumi səhhətləri üçün ziyanlı olduğunun fərqində deyil:

 

"Ucuz qiymətə satılan eynəklərin şüşələrinin materialları orijinal eynəklərdən fərqlidir. Ucuz qiymətə satılan gün eynəklərinin optik şüşələri tam orqanik olmur, hansısa plastik materiallardan hazırlanır. Bu eynəklərin şüşələrində xüsusi örtüklər və qatlar olmur. Bunlar olmadığına görə də həmin eynəklər orijinal eynəklərin verdiyi rahatlığı verə bilmir, işıq keçiriciliyi fərqli olur".

 

Oftalmoloq-cərrah bildirib ki, ucuz qiymətə satılan eynəklərin şüşələrində şəffaflıq zəif olduğundan göz obyekti yaxşı fokuslaya bilmir:

 

"Göz yaxşı fokuslaya bilməyəndə isə beyin 2-3 qat çətinliklə işləyir. Ucuz eynəklərdən istifadə edən bəzi adamlar hansısa obyekti iki gördüklərini, bəziləri isə ürəyinin sıxıldığını və s. deyə bilər. İşıq bir az zəif olan zaman həmin eynəklərdən istifadə göz üçün daha çətindir. Çünki bu eynəklərdə polaroid funksiyası yoxdur".

 

Lakin A.Kərimov bütün hallarda gün eynəklərindən istifadənin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ultrabənövşəyi şüalar gözlərə hətta ucuz gün eynəklərindən daha çox zərər vurur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı