5 iyul Nəsib bəy Yusifbəylinin GÜNÜDÜR

12:30 05-07-2020 | icon 720 | Tarix
5 iyul Nəsib bəy Yusifbəylinin GÜNÜDÜR

5 iyul tarixi Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi, maarifçi, publisist Nəsib bəy Yusifbəylinin doğum günüdür.



Yusifbəyli (Yusifbəyov, Usubbəyov) Nəsib bəy Yusif oğlu - 1881- ci il iyulun 5-də ziyalı ailəsində anadan olub. 1920-ci il may ayının 31-də bir cox Cümhuriyyət qurucuları kimi qətlə yetirilib. 



Azərbaycanın görkəmli dövlət və siyasi xadimi; Azərbaycan Cümhuriyyətinin banilərindən və Azərbaycan Cümhuriyyətinin hökumət başçılarından biri. Gəncə klassik gimnaziyasını bitirmiş, 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsində təhsil almışdı.



N.Yusifbəyli Azərbaycan Cumhuriyyəti ”İstiqlal bəyannamə"sini imzalayanlardan və müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olub.



Azərbaycan Cumhuriyyəti qurulduqdan sonra Fətəli xan Xoyskinin təşkil etdiyi 1-ci hökumət kabinəsində N.Yusifbəyli maliyyə və xalq maarifi naziri vəzifəsini, Xoyskinin 2-ci və 3-cü hökumət kabinələrində də xalq maarifi və dini etiqad naziri vəzifələrini tutmuşdu. 



Xalq maarifi nazirliyinin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi olub. Bu vəzifəni həyata keçirmək üçün isə təhsil sistemini milli zəmin üzərində tamamilə yenidən qurmaq və Azərbaycan dilini mükəmməl bilən ixtisaslı milli kadrlar yetişdirmək tələb olunurdu. Məhz buna görə N.Yusifbəylinin təqdimatı ilə hökumət 1918-ci il avqustun 28-də Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul etmişdir. Xalq Maarifi Nazirliyinin səyləri nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərmişdir. 



1919-cu ildə 4-cü hökumət kabinetinin təşkili Yusifbəyliyə tapşırılmış və aprelin 14-də elan olunan tərkibdə o, baş nazir vəzifəsindən əlavə, daxili işlər naziri vəzifəsini də tutmuşdur. 


Yusifbəyli hökumətinin qəbul etdiyi son qərarlardan biri hərbi ordenlərin, milli himnin, dövlət gerbi və möhürü layihələrinin hazırlanması haqqında 1920-ci il 30 yanvar tarixli qərar olmuşdur. 



Azərbaycan Cümhuriyyəti Hökuməti öz planlarını axıra qədər həyata keçirə bilmədi. Diplomatik əlaqə yaratmaq haqqında Azərbaycan hökumətinin bütün təkliflərini cavabsız qoyan sovet Rusiyası tərəfindən təhlükənin artdığı və işğal üçün zəmin hazırlayan daxili qüvvələrin fəallaşdığı şəraitdə Yusifbəylinin başçılıq etdiyi 2-ci hökumət 1920-ci il martın 30-da istefa verməyə məcbur oldu. Məmməd Həsən Hacınskinin isə yeni hökumət (6-cı kabinə) təşkil etmək cəhdi uğursuzluqla nəticələndi. 



1920-ci il aprelin sonlarında sovet Rusiyasının beynəlxalq hüquq normalarını kobudcasına tapdalayan hərbi müdaxiləsi nəticəsində XI qızıl ordu hissələri Paris Sülh Konfransının (1919-1920) iştirakçısı olan dövlətlər tərəfindən tanınmış müstəqil Azərbaycan dövlətini - Azərbaycan Cümhuriyyətini devirdi və ərazisi işğal olundu. 



Bakının XI qızıl ordu tərəfindən işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən Yusifbəyli yolda – Kürdəmir yaxınlığındakı stansiyada faciəli surətdə qətlə yetirildi. Qəbri naməlumdur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər