Harada ki, insanın ÇƏKİsi əməli ilə ölçülür…

10:19 10-08-2017 | icon 856 | Kürsü
Harada ki, insanın ÇƏKİsi əməli ilə ölçülür…

Fazil Mustafa

/Millət vəkili/

Dünyada riyaziyyat elminin gəlmiş-keçmiş nəhənglərindən olan ABŞ-ın Berkli Universitetinin professoru, məşhur azərbaycanlı Lütfizadə vəsiyyət edib ki, onu Azərbaycanda dəfn etsinlər! Normal bir istək! Heç Lütfizadə olmasın, sadə bir vətəndaş belə, xaricdə yaşayarkən bu cür vəsiyyət edərsə, imkan daxilində bu cür vəsiyyəti yerinə yetirmək yaxınlarının, sevənlərinin borcu kimi anlaşılır. Qəribəmə gəldi ki, sosial şəbəkədə buna da irad bildiriblər. İradın motivi isə ənənəvi vətənşivənlik terminologiyası ilə bəzədilib: “Axı o Azərbaycan üçün nə edib? Haçan Qarabağdan danışdı?”

Bizim məmləkətdə insanın ÇƏKİsi tərəzi ilə ölçülür, ona görə də ömrümüz rəqəmlərin sıradan dəyişimi kimi qiymətləndirilir. Harada ki, insanın ÇƏKİsi əməli ilə ölçülür, o zaman nə tərəziyə, nə də tərəzi daşına ehtiyac qalmır, bəşər insanının yaddaşında çəkisiz bir ruh kimi qalırsan. İndi Lütfizadənin Azərbaycan üçün etdiklərinin tərəzidə ÇƏKİsi nə ola bilər, bunu rəqəmlərlə izah etmək istəyənlər yəqin ki, tapılacaq. Ancaq səlis bir məntiq onu deyir ki, elə bəşəriyyət üçün edilən hər bir dəyərli əməl, həm də Azərbaycan üçün edilən dəyərli əməldir. O, müasir elmdə dəyər yaradan bir şəxsiyyətdir, ÇƏKİsi 60, 70 kilo ilə müəyyənləşdirilməz!!!

Elə adlar var ki, onların mövcudluğu elə o xalqın başucalığıdır. Bu mövcudluğa həm də bir inam məsələsi kimi baxmaq lazım gəlir. 1921-ci ildə Bakıda doğulan həmyerlimiz dünya elmində qeyri-səlis məntiqin yaradıcısı kimi öz adını yazdırdısa, 2001-ci ildə, 2021-ci ildə doğulan bir azərbaycanlı da belə bir zirvəyə qalxmağın mümkünlüyünə Lütfizadə obrazında hər zaman inam daşıyacaq!

Bir də Azərbaycanda dəfn olunmağı bir müqəddəslik ritualına çevirməyək, bu gözəlim məmləkətdə minlərlə dəyərli Vətən övladı ilə yanaşı on minlərlə Vətənə faydası dəyməyən insan dəfn olunub. Bu məmləkətin torpağına bu milləti azadlığa qovuşduran Rəsulzadə, Topçubaşov, Fətəli xan Xoyskii və minlərlə bu dəyərdə olan insanlar hələ də qovuşmayıblar. Onlar heç vəsiyyət də etməyə imkan tapmayıblar. Lütfizadənin bu vəsiyyətinə sıradan bir istək kimi baxmaq doğru deyil, bu addımın özü də son mənzilə yol almazdan öncə Vətənə, yəni Azərbaycana dəyər verməkdir!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?

Yer tarixinin ən iri ilanının QALIQLARI