Şikayətlə bağlı müraciətlərə niyə baxılmır?

13:30 06-09-2023 | icon 660 | Cəmiyyət
Şikayətlə bağlı müraciətlərə niyə baxılmır?

Fuad Əliyev: "Bir çox hallarda isə müraciətlərə başdansovdu cavablar verilir"

 

Müstəqil Həmkarlar Birliyinin (MHB) İdarə Heyətinin növbəti iclası keçirilib.

 

Versus.Az xəbər verir ki, bu barədə MHB-nin Mətbuat Xidmətinin məlumatnda bildirilib.

 

İclasda MHB sədri Fuad Əliyevin avqust ayında təşkilatın fəaliyyətilə bağlı hesabatı dinlənilib.

 

MHB sədrinin sözlərinə görə, vətəndaşlardan birliyə daxil olan şikayətlərin bir neçəsi öz müsbət həllini tapıb.

 

"Buna baxmayaraq müraciətlərə vaxtında, bir çox hallarda təyinatı üzrə və hərtərəfli baxılmır. Müraciətlərə başdansovdu cavablar verilir. Şikayət hansı qurumdan, hansı vəzifəli şəxsdən verilirsə, məhz araşdırlması üçün həmin quruma və vəzifəli şəxsə göndərilib. Misal üçün bu Binəqədi Bələdiyyəsinə, 3 saylı poliklinika, Sumqayıt Dövlət məşqulluq xidmətinə də aiddir. Bu hallarla bağlı ciddi araşdırmalar aparılmalıdır. Bizim əsas vəzifəmiz vətəndaşın yanında olmaq və onun hüquqların tanınmasında yardım etməkdir”.

 

MHB İdarə Heyətinin üzvləri Xəzər Teyyublu və Əhməd Rəhmanov regionlarda MHB-nin yeni rayon şöbələrinin yaranması və yaxın aylarda fəaliyyətlə bağlı təkliflər veriblər.

 

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı