Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olundu

10:58 02-08-2020 | icon 997 | Film
Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olundu

Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatına layiq görülən kino xadimlərinin adları açıqlanıb. Nominantlar ənənəvi olaraq 2 avqust - Milli Kino Günü ərəfəsində elan edilir.

 

Versus.az xəbər verir ki, Kinematoqrafçılar İttifaqı katibliyinin qərarına əsasən, “Sənət ideallarına sadiqliyinə görə” nominasiyasında aktyor Fərhad İsrafilov, “Müasir kino dili ilə çəkilmiş filmlərinin beynəlxalq uğuruna görə” nominasiyasında isə kinoşünas Sevda Sultanova təltif olunublar.

 

Qeyd edək ki, 2012-ci ildə təsis edilmiş bu nüfuzlu mükafata indiyədək yazıçı Anar, mərhum aktyor Fuad Poladov, səs rejissoru Əsəd Əsədov, kino rəssamı Firəngiz Qurbanova, kinorejissor Murad İbrahimbəyov, aktrisa Şükufə Yusupova, kinorejissor Cahangir Zeynallı, aktrisa Zülfiyyə Qurbanova, bəstəkar Rauf Əliyev, diplomat və ictimai xadim Ramiz Abutalıbov, rejissor Mirbala Səlimli, operator Yuri Varnovski, kino və televiziya rejissoru Nazim Rza İsrafiloğlu və başqaları layiq görülüblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər