Müstəqil Həmkarlardan VACİB ÇAĞIRIŞ

09:00 05-07-2023 | icon 772 | Cəmiyyət
Müstəqil Həmkarlardan VACİB ÇAĞIRIŞ

"AHİK ilə MHB arasında seçim etməkdən çəkinməyin"

 

Müstəqil Həmkarlar Birliyinin (MHB) İdarə Heyətinin növbəti iclası keçirilib.

 

Versus.Az xəbər verir ki, iclasda MHB sədri Fuad Əliyevin iyun ayında təşkilatın fəaliyyətilə bağlı hesabatı dinlənilib. Onun sözlərinə görə, vətəndaşlardan birliyə daxil olan şikayətlərin bir neçəsi öz müsbət həllini tapıb.

 

Fuad Əliyev bildirib ki, MHB  bir neçə klinika və istirahət mərkəzlərlə müqavilə bağlayıb və bu istiqamətdə iş davam edir.

 

MHB İdarə Heyətinin üzvləri Xəzər TeyyubluƏhməd Rəhmanov regionlarda təşkilatın yeni rayon şöbələrinin yaranması ilə bağlı məlumat veriblər.

 

Daha sonra MHB İdarə Heyəti müəllimlərin, həkimlərin və digər təşkilat və müəssisələrdə çalışan yüzlərlə vətəndaşın Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) fəaliyyətsizliyi ilə bağlı şikayətlərini nəzərə alaraq onlara müraciət qəbul edib.

 

Müraciətdə deyilir ki, əgər AHİK sizin əmək və sosial hüquqlarınızı qorumursa, müdafiə etmirsə, onda siz seçim hüququndan istifadə edərək AHİK üzvlüyündən imtina edərək, alternativ və müstəqil həmkarlar təşkilatının üzvü ola bilərsiz:

 

"Bu seçim sizin hüququnuzdur. Hüququnuzu tanıyın. Seçim etməkdən çəkinməyin. Müstəqil Həmkarlar Birliyi olaraq sizin seçim etdiyiniz halda hüquqlarınızı müdafiə etməyə hazır olduğumuzu bildirirk".

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı