“Xocalı - bir millətin kədəri” filmi nümayiş olunacaq

12:51 15-08-2020 | icon 723 | Film
“Xocalı - bir millətin kədəri” filmi nümayiş olunacaq

Bu gün saat 21:30-da Azərbaycan Televiziyasında ilk dəfə: “Xocalı - bir millətin kədəri” filmi nümayiş olunacaq.

 

Versus.Az xəbər verir ki, “Xocalı – bir millətin kədəri” adlı sənədli filmi 1988-1993-cü illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğalı, 1992-ci il fevralın 26-da Ermənistan ordusunun Xocalı şəhərində yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşilik və soyqırımı aktı, Xocalı soyqırımı haqqında həqiqətlərin gizlədilməsi istiqamətində Ermənistanın və onun müxtəlif dairələrinin fəaliyyətinin və erməni yalanlarının ifşa olunması haqqındadır.

 

Sənədli filmin əsas səciyyəvi xüsusiyyətlərindən biri də Xocalıdan yeni videomaterialların filmin istehsalında istifadə olunmasıdır. Bu baxımdan, yeni film Azərbaycanda Xocalının bütün tarixi dövrlərini və 26 fevral 1992-ci il soyqırımını video-arxiv sənədləri və muzey materialları ilə əks etdirən modern formatda hazırlanmış real tarixdir.

 

“Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev filmin üç dildə - Azərbaycan, ingilis, rus dillərində istehsal olunduğunu, cari ilin sonunadək isə daha iki dilə - türk və fransız dillərinə tərcümə olunacağını bildirib.

 

Filmin ideya müəllifi və direktoru Nurəddin Mehdiyev, ssenari müəllifi Birləşmiş Krallıqdan olan araşdırmaçı jurnalist İan Piert, məsləhətçiləri-Milli Məclisin deputatı Elman Məmmədov, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, tarixçi-alim Ramin Əlizadə və Natiq Alışov, quruluşçu rejissoru Teymur Nəcəfzadə, operatorları Pərviz Əliyev və Cahid Əliyevdir. Filmi Azərbaycan dilində Elşən Rüstəmov səsləndirib.

 

Qeyd edək ki, film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ərsəyə gətirilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər