İsveçrənin Sürix şəhərində Türk ənənələri əsasında "7 gözəl"

23:30 12-11-2023 | icon 1055 | Mədəniyyət
İsveçrənin Sürix şəhərində Türk ənənələri əsasında "7 gözəl"

İfaçılar arasında Azərbaycandan Pərvin Əşari də var

 

Noyabrın 5-də Avropanın ürəyində, İsveçrənin Sürix şəhərində, Swiss Arena konsert zalında türk ənənələri əsasında "7 gözəl" adlı konsert keçirilib.

 

Versus.Az xəbər verir ki, klassik musiqi konserti - "7 gözəl" - İsveçrə-Azərbaycan Dostluq Mədəniyyət və Həmrəylik  Asossiasiyası ilə Sürix Türk Musiqi Təşkilatının birgə səyi ilə təşkil edilib.

 

Bu əsrarəngiz gecədə konsert zalında musiqi həvəskarları ilə diplomatik xadimləri bir araya gəlib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın İsveçrədəki səfirliyinin və Türkiyənin "İnvestAz" şirkətinin dəstəyi ilə təşkil edilən bu konsert əlamətdar tarixlərə: Türkiyə Cümhuriyyətinin 100 illiyi, Azərbaycan ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi, Zəfər Günü və Bayraq Gününə həsr edilib.

 

XII əsrin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindən (Yeddi gözəl) və tanınmış Azərbaycan bəstəkarı Qara Qarayevin eyniadlı baletindən götürülmüş "Yeddi brilyant" adlı bu konsert Türk Birliyinə üzv olan yeddi ölkənin qadın ifaçılarını ilhamlandırıb. Yeddi Türk dövlətinin qadın ifaçıları - 7 brilyant - 7 gözəl - türkdilli dövlətlərin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Macarıstan) təmsil edirdilər.

 

Konserti giriş sözü ilə Türkiyə Respublikasının Sürixdəki Baş konsulu Emre Uygun açaraq, türk dövlətləri arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində mədəniyyət və incəsənətin mühümlüyündən də bəhs edib.

 

Konsertdə Qara Qarayev (Azərbaycan), Adnan Sayqun (Türkiyə), Artık Toxanbay (Qazaxıstan), Bela Bartok (Macarıstan), Suhan Tuyliyev (Türkmənistan), Alişer Latifzade (Özbəkistan), Balasayan Musayev (Qırğızıstan), Elmir Mirzoyev (Azərbaycan) bəstəkarlarının əsərləri səsləndirilib.

 

Konsertin ifaçıları: Viola-Yağmur Tekin (Türkiyə) klarnet; Erik Varga (Macarıstan) arfa; Pərvin Əşari (Azərbaycan) skripka; Aiken Aitbay (Qazaxıstan) fleyta; Meruert Tulenova (Qazaxıstan) violonçel; Nuraim Dzholbunova (Qırğızıstan) fortepiano; Eleonara Kotlibulatova (Özbəkistan). Bədii rəhbər isə Elmir Mirzəyevdir.

 

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Daha 140 nəfər Füzuliyə qayıdır

Samir yeniliklərlə qayıtdı