“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”

15:12 27-09-2020 | icon 1320 | Gündəm
“Azərbaycan Ordusu düşmənin ön xəttini yarıb”

“Erməni silahlı bölmələri Füzuli, Cəbrayıl, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriyalardan atəşə tutub. Nəticədə, itkilərimiz olub, mülki şəxslər yaralanıb”.

 

Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov Təhlükəsizlik Şurasının iclasında deyib.

 

Z.Həsənovun sözlərinə görə, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində düşmənin ön xətti yarılıb:

 

“Nəticədə, yeddi kənd - Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı və Nüzgər kəndləri işğaldan azad edilib. Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu əks-hücum hərbi əməliyyatları keçirir. Düşmən böyük itkilər verərək geri çəkilib".

 

Müdafiə naziri qeyd edib ki, Azərbaycan Ordusunun zərbələri həm ön xətdə, həm də düşmənin tam dərinliyində həyata keçirilir, ən müasir silahlar tətbiq olunur:

 

“Biz düşmənin müqavimətini o qədər də güclü görmürük. Düşmən tam şəkildə geri çəkilib”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

"Bu, müharibə ehtimallarını da azaldır"

Kəlbəcərdə ağır QƏZA

Şəkər istehlakı xərçəngə yol açır?