Azərbaycan ərazisində saat 00.00-dan hərbi vəziyyət tətbiq olunur

19:00 27-09-2020 | icon 777 | Gündəm
Azərbaycan ərazisində saat 00.00-dan hərbi vəziyyət tətbiq olunur

“Prezident İlham Əliyevin fərmanı ilə ölkə ərazisində hərbi vəziyyət elan edilib”.

 

Versus.Az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

Fərmanda Konstitusiyanın 109-cu bəndi və 111-ci bəndi nəzərə tutularaq, qərara alınıb ki, 2020-ci il 28 sentyabr saat 00.00-dan Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan edilsin.

 

Fərmana əsasən, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Beyləqan, Ağdam, Tərtər, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21.00-dan saat 06.00-a qədər komendant vəziyyəti elan edilib.

 

Komendant saatı dövründə insanların şəxsiyyət vəsiqələri və xüsusi sənədlər olmadan küçəyə çıxması qadağan edilir.

 

Nəqliyyat vasitələrinin hərəkəti  üçün xüsusi tədbirlər görüləcək.

 

Daxili İşlər Nazirliyi müvafiq tədbirlər görəcək. Hərbi vəziyyət dövründə mülkiyyət formasından asılı olmayaraq, vətəndaşların hüquqlarının məhdudlaşdırılması Konstitusiyaya, qanunlara uyğun olaraq tətbiq ediləcək

 

Fərman təsdiq edilməsi üçün Milli Məclisə göndərilib.

 

XİN-ə müvafiq vəzifələri həyata keçirməyi təmin etmək tapşırılıb.

 

Asan Xidmət və Daxili İşlər Nazirliyi vasitəsi ilə icazələrin alınması həyata keçiriləcək.

 

Qeyd edək ki, Milli Məclis ölkə ərazisində hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Kəlbəcərdə ağır QƏZA

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?