Şikayətlər Sahil Babayevə GÖNDƏRİLDİ

12:00 07-09-2023 | icon 575 | Cəmiyyət
Şikayətlər Sahil Babayevə GÖNDƏRİLDİ

Müstəqil Həmkarlar Birliyinin (MHB) sədri Fuad Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət ünvanlayıb.

 
 
Versus.Az xəbər verir ki, müraciətdə deyilir:
 
 
"Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə.
 
Hörmətli Sahil müəllim!
 
 
Yazıb sizin nəzərinizə çatdırdırırıq ki, son 3 ayda Azərbaycanın müxtəlif bölgələrindən Müstəqil Həmkarlar Birliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Xidmətinin vətəndaşlara qarşı laqeyidliyi ilə bağlı şikayət məktubları daxil olmaqdadır.
 
 
Sizdən xahiş edirik ki, aşağıdakı siyahıda qeyd olunmuş vətəndaşların müraciətləri ilə bağlı araşdırma aparılaraq, bu barədə bizə və vətəndaşlara məlumat verilməsini təmin edəsiniz.
 
 
1. Şamaxı rayonu sakini Zahidov Mahir Babacan oğlu ( FİN: 3CQ32QQ) bildirir ki, işsizliklə bağlı müraciətinə baxılmır.
 
2.Çulbalayev Şəhriyar Ağayar oğlu (FIN:4BFRZC8) özünəməşğulluq üçün müraciət etmişdir, lakin müraciətdən 1 il keçməsinə baxmayaraq monitorinqin aparılması həyata keçirilməyib.
 
3.Qarabağ müharibəsi veteranı Məmmədov Oktay Əli oğlu(FİN: 3YVWTYV) 1 ilə yaxındır ki,Dövlət məşğulluq xidmətinə özünə məşğulluqla bağlı müraciət etmişdır və hələ də monitorinq aparılmamışdır.
 
4.Şamaxı rayonu sakini Zəkəriyeva Zeynəb Ağayar qızının işsizlik müavinəti ilə bağlı müraciəti Dövlət məşğulluq xidməti tərəfindən hələ də cavabsız qalmışdır.
 
Əvvəlcədən minnətdarlığımı bildirirəm".
 
 
 
 
AYSEL
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Daha 140 nəfər Füzuliyə qayıdır

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı