“Azərbaycan Ordusunun ərazilərimizin işğaldan azad olunması prosesindəki mövqeyi güclənir”

17:04 02-10-2020 | icon 451 | Gündəm
“Azərbaycan Ordusunun ərazilərimizin işğaldan azad olunması prosesindəki mövqeyi güclənir”

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatlara cavab olaraq Azərbaycan ordusu sülhə məcburetmə prinsipləri əsasında cavab tədbirləri həyata keçirir.

 

Bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri yüksək texnoloji üstünlüklərdən, dron texnologiyasından istifadə edərək düşmənin hərbi infrastruktur obyektlərini sıradan çıxarır:

 

“Sıradan çıxarılan hərbi infrastrukturların uzunmüddətli perspektivdə Ermənistan tərəfindən bərpa olunması real görünmür. Bu demək olar ki, heçə bərabərdir. Xüsusilə də Ermənistanın arxa cəbhəsində olan hərbi infrastruktur obyektlərinin, hansı ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşir, onların sıradan çıxarılması Erməni silahlı qüvvələrinin müqavimətini sarsıdır.

Bu sarsılma isə onların gələcəkdə hər hansı bir tədbirlərdən çəkinməsini şərtləndirir. Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin əsas hərbi infrastrukturlarına, onların maddi-texniki təchizat, logistika sistemlərinə, eləcə də hərbi sursat sistemlərinə, anbarlarına ciddi zərbələr vurulub. Bu zərbələr isə ön xətdə olan erməni silahlı qüvvələrinin təchizatını sarsıdıb. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin ərazilərimizin işğaldan azad olunması prosesindəki mövqeyini daha da gücləndirir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Kəlbəcərdə ağır QƏZA

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?