Fuad Əliyev Andrey Belyaninovla görüşüb

14:00 04-09-2023 | icon 548 | Cəmiyyət
Fuad Əliyev Andrey Belyaninovla görüşüb

Avrasiya Xalqları Assambleyasının qərargahında Assambleyanın baş katibi Andrey Belyaninov və Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev arasında görüş keçirilib.


Versus.Az xəbər verir ki, tərəflər əməkdaşlıq məsələlərini qaldırıb, həmçinin Avrasiya qitəsi ölkələri arasında tərəfdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyindən danışılıb.


Tərəflər, həmçinin müxtəlif ölkələrin xalqları arasında tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinə, ölkələr arasında etimadın və qarşılıqlı anlaşmanın təmin edilməsində xalq diplomatiyasının rolunun artırılmasına, ictimai, dövlət, sülhməramlı təşəbbüslərin dəstəklənməsinə yönəlmiş beynəlxalq əlaqələrin inkişaf etdirilməsinə, birgə əməkdaşlığın həyata keçirilməsinə dair razılığa gəliblər. Beynəlxalq əməkdaşlıq sahəsində sosial əhəmiyyətli proqram və layihələrin və mədəni-maarif tədbirlərinin həyata keçirilməsi müzakirə edlib.


Görüşdə xalq diplomatiyasının unikal inteqrasiya potensialından və bərabərhüquqlu beynəlxalq tərəfdaşlıq sistemindən istifadə etmək barədə razılığa gəlinib.

 

Qeyd edək ki, Avrasiya Xalqları Assambleyası Avrasiya məkanında çoxtərəfli əməkdaşlığın və ictimai (xalq) diplomatiyanın inkişafı yolu ilə sülh və harmoniyanın bərqərar olması naminə sosial inteqrasiya modelinin formalaşdırılmasına yönəlmiş beynəlxalq qeyri-hökumət təşkilatıdır. Assambleya 50-dən çox ölkədən qeyri-hökumət təşkilatlarının nümayəndələrini birləşdirir. Təşkilat mədəniyyət, sahibkarlıq, Avrasiya xalqları arasında inteqrasiya əlaqələrinin inkişafı və ictimai diplomatiya sahəsində 200-ə yaxın tərəfdaşlıq sazişi bağlayıb.

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

MDU-da ustad dərsləri

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Erməni lobbisi və onların havadarlarından TƏXRİBAT

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Daha 140 nəfər Füzuliyə qayıdır

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı