"Rəhbər vəzifələrə maraq azalıb"

13:19 21-09-2018 | icon 790 | Gündəm
"Rəhbər vəzifələrə maraq azalıb"

Dövlət qulluğuna qəbul üçün təqdim olunan rəhbər vəzifələrə namizədlər tərəfindən çox maraq göstərilmir.

 

Versus.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

Onun sözlərinə görə, dövlət qulluğuna qəbul zamanı daha çox maraq BB qrupuna daxil olan icraçı vəzifələr üzrə müşahidə edilir:

 

"Daha kütləvi vəzifələrə maraq daha çoxdur. Çünki burada namizədlər üçün qoyulan tələblər daha aşağıdır. Eyni zamanda, iş stajı da çox tələb olunmur. Ona görə müəyyən imtahanlarda 1.000-1.500, digər imtahanlarda isə 100-150 namizəd iştirak edir. Bu say imtahanın növündən və təqdim olunan vakant yerlərin sayından, təsnifatından asılıdır".

 

M.Abbaszadə deyib ki, dövlət qulluğuna qəbul üçün hər ay imtahan, bu imtahandan əvvəl isə sınaq imtahanları təşkil olunur:

 

"Namizədlərin imkanı var ki, əvvəlcə sınaq imtahanında özlərini yoxlasınlar, daha sonra isə dövlət qulluğuna qəbul imtahanında iştirak etsinlər. DİM dövlət orqanları tərəfindən təqdim olunmuş bütün vakant yerlər üzrə müsabiqələr elan edir. Dövlət qulluğuna qəbul üçün hər bir vəzifə üzrə olan tələblər isə fərqlidir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı