Hava kəskin dəyişəcək, qar gözlənilir - XƏBƏRDARLIQ

14:04 20-11-2020 | icon 1383 | Gündəm
Hava kəskin dəyişəcək, qar gözlənilir - XƏBƏRDARLIQ

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 21-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət  65-75 faiz təşkil edəcək. 

 

Noyabrın 21-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 2-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə, gündüz 1-3 dərəcə şaxta olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 21-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

 

Sinoptiklərin xəbərdarlığına görə, noyabrın 23-ü gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. 

 

Ölkə ərazisində qeyri-sabit hava şəraitinin noyabrın 23-ü axşamadək davam edəcəyi,  fasilələrlə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı gözlənilir. Qərb küləyi noyabrın 23-də arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR