"Hüquq mühafizə orqanları vaxtında bu işin üzərinə düşməsə...

12:12 23-12-2020 | icon 977 | İqtisadiyyat
"Hüquq mühafizə orqanları vaxtında bu işin üzərinə düşməsə...

Mürvət Həsənli: "30 milyon dollarlıq daşınmaz əmlak başqa bir dövlətin müsadirə obyektinə çevrilə bilər"

 

"Əziz həmvətənlərim, qardaşlar, bacılar! Doqquz gündən sonra Vətənimiz yeni 2021-ci ili Azərbaycan dövlətçiliyi tarixində ən böyük qələbəsi qarşılayacaq. Allaha bu qələbəyə sərkərdəlik edəni də ön cəbhədə vuruşan əsgəridə həmişə müzəffər eləsin. Amma görəcəyimiz işlər çoxdur və hər bir vətəndaşın üzərinə düşən vəzifələr var".

 
 
Versus.Az xəbər verir ki, bunu şəxsi "facebook" hesabı üzərindən paylaşım edən iş adamı Mürvət Həsənli insanlarımıza müraciətində bildirib.
 
 
M.Həsənlinin müraciətini olduğu kimi təqdim edirik:
 
 
"Bu günlərdə Londonda Zamirə Hacıyevanın 22 milyon funt-sterlinq dəyərində əmlakınının Böyük Britaniya rəsmi məqamlarının müsadirə hədəfində olduğunu Azərbaycan mediası geniş işıqlandırdı. Kədərverici odur ki, Azərbaycandan oğurlandığına baxmayaraq, 22 milyon funt-sterlinq Böyük Britaniya krallığı xəzinəsinə gedəcək, Azərbaycan büdcəsinə yox.
 
 
Eləcə də Azoylkomplekt-Matrix Group və Pilateslayf cinayətkarlıq və əxlaqsızlıq yuvasının sahibi Sərraf Məmmədzadənin oğurladığı pulun bir qismi olaraq leqallaşdırdığı 30 milyon dollarlıq daşınmaz əmlak, əgər vaxtında hüquq mühafizə orqanları üzərinə düşməsə, sonunda başqa bir dövlətin müsadirə obyektinə çevrilə bilər.
 
 
Bu işlərdə Vətənimizə millətimizə kömək etmək üçün bu günlərdə bir təşəbbüs qrupu yaratdıq. Bir vahid sayt yaradırıq – http://ogrash.one - saytın adı da gördüyünüz kimi xəyanətkar erməni zehniyyətli, 1 №-li əxlaqsız tüllaba layiqdir. Burada Sərraf Məmmədzadənin Azərbaycan büdcəsindən, ayrı-ayrı 11 nəfər mənim tanıdığım fiziki şəxslərdən oğurladığı pullar haqqında, bu tüllabın oğurladığı pulları leqallaşdırdığı biznes haqqında Azərbaycan, ingilis, türk və rus dillərində materiallar yerləşdiriləcək.
 
 
Bu gün üçün rus dilində yaxşı yazan bir adamın köməyinə ehtiyacımız var. Digər dillər təmin edilib.
Sərraf Məmmədzadənin təkcə Matrix Group adına Türkiyədə 29 tapu sənədli əmlakı var. Gəlsin 29 Vətən müharibəsi qazı və şəhidlərimizə, əlbəttə göz yaşımızı sel edən, ürəyimizi dağlayan Ərəstə Baxışova bacımızın ailəsi başda olmaqla, 29 elit mənzil alıb paylasın, bilək ki, Azərbaycan büdcəsindən oğurladığı pulun 10%-ni qaytardı.
 
Buradan bütün vicdanlı insanlara səslənirəm - http://ogrash.one kontentinin yığılmasına kömək edin. Heç kəsdən maddi kömək lazım deyil, sadəcə kimin əlində Azoylkomplekt-Matrix Group və Pilateslayf cinayətkarlıq və əxlaqsızlıq yuvasının sahibi Sərraf Məmmədzadəyə aid sənəd, səs yazısı, foto-video materiallar var – mənə çatdırın".
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər