Ermənilərin Şamaxıda törətdikləri soyqırımından 103 il ötür

07:12 18-03-2021 | icon 463 | Tarix
Ermənilərin Şamaxıda törətdikləri soyqırımından 103 il ötür

53 kənddə 8027 azərbaycanlı öldürülüb, onlardan 4190-ı kişi, 2560-ı qadın, 1277-si uşaq olub

 

Ermənilərin Şamaxıda törətdikləri soyqırımı hadisələrindən 103 il ötür.

 

Versus.Az xəbər verir ki, 18 mart 1918-ci il, səhər saat 6-da ermənilər Şamaxını mühasirəyə alaraq 10 top, yüzlərlə pulemyot və digər silahlarla şəhəri atəşə tutublar.

 

Bundan sonra şəhərin bir neçə məhəlləsində yanğınlar başlamış, şəhər əhalisi təslim olmağa məcbur olmuşdu. Şamaxıya daxil olan ermənilər şəhəri yenidən talan etmiş, az-çox salamat qalmış tikililər yandırılmışdı. Şamaxıda ermənilərin törətdikləri cinayətlər xüsusi qəddarlıqla həyata keçirilmişdir. Qətl edilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilib, gözləri çıxarılıb, qarınları yırtılıb, yandırılıb, işgəncə ilə öldürülüblər.

 

Şəhərdəki bütün məscidlər, onların nəzdindəki müqəddəs yerlərlə birlikdə yandırılmışdı. Həmin vaxt qəzada 120 kənd olmuşdur ki, bunlardan da 86-sı soyqırımına məruz qalıb.

 

“Piran-Şirvan” məhəllələri tamamilə talan edilmiş və yandırılmışdı. Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsinə tamamilə od vurulmuş, şəhərin 13 məhəllə məscidi və məşhur Cümə məscidi yandırılmışdı.

 

Şamaxı soyqırımı zamanı öldürülənlərin sayı haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi məlumatlarda öldürülənlərin sayı 7 min, bəzilərində 8 minə qədər, bəzilərində 8–12, bəzilərində isə 40 minə qədər olduğu göstərilir. 1920-ci ildə mühacir ədəbiyyatında öldürülənlərin sayı bir mənbədə 12 minə qədər, digər bir mənbədə isə 17 min nəfər olduğu göstərilir.

 

Ekspertlərin arxivdəki aktlarda olan rəqəmlər üzrə hesablamalarına görə, Şamaxı qəzasının 53 kəndində 8027 nəfər azərbaycanlı qətlə yetirilmiş, onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Xətai rayonunda evlər plana düşdü

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI