“Mart soyqırımında Bakı əhalisinin dörddə biri öldürülüb”

11:28 27-03-2021 | icon 704 | Tarix
“Mart soyqırımında Bakı əhalisinin dörddə biri öldürülüb”

“Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların məqsədi Bakı və Abşeronu türklərdən təmizləmək olub”.

 

Versus.Az xəbər verir ki, bunu millət vəkili, tarixçi Musa Qasımlı 1918-ci il 31 Mart azərbaycanlıların soyqırımı ilə əlaqədar danışarkən deyib.

 

O bildirib ki, ermənilərin törətdikləri kütləvi qırğınlar 1917-ci ilin payızından Cənubu Qafqazda başlayıb:

“1918-ci ildə isə ermənilər Cənubi Azərbaycan ərazisində qırğınlar törədib. Onlar Bakı neftini əldə saxlamaq istəyirdilər. Məqsədləri isə Bakıya nəzarəti ələ keçirməklə Orta Asiyaya təsir etmək idi. Təbii ki, onlar məqsədlərinə çata bilmədilər. Azərbaycan özünün müstəqilliyini elan etdi və erməni daşnaklarının niyyəti baş tutmadı. O dövrün ingilis və Amerika sənədlərində göstərilib ki, həmin soyqırımda Bakı əhalisinin dördə biri öldürülüb. Bu isə təxminən 120-125 min nəfər deməkdir. O dövrdə Azərbaycan dövləti güclü olsaydı, bu soyqırıma məruz qalmazdı”.

 

Musa Qasımlı qeyd edib ki, Azərbaycan güclü dövlətin, güclü ordunun sayəsində işğal altında olan ərazilərini düşmən tapdağından azad etdi: “Bu gün Şuşa azaddır, Qarabağ azaddır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ