Düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsi - ARAŞDIRMA

20:45 10-04-2021 | icon 1055 | Tarix
Düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsi - ARAŞDIRMA

Cəlal Allahverdiyev: “Gec-tez biz öz tarixi torpaqlarımıza qovuşacağıq”

 

Ermənistanın Azərbaycan torpaqlarında apardığı işğal siyasəti təkcə son 30 ildə baş verən hadisələrlə məhdudlaşmır. Azərbaycanın xəbis və mənfur ermənilərlə qonşu olması, daha dəqiq desək, ermənilərin Qafqazda bizə qonşu gətirilməsi ölkəmizin tarixən uğradığı ən böyük şanssızlıq kimi dəyərləndirilə bilər. Bu baxımdan 19 və 20-ci əsrlərdə xalqımızın xəbis qonşumuz ermənilər tərəfindən üz-üzə qoyulduğumuz problemlər demək olar ki, hələ də öz həllini tapmayıb. Ermənilərin Qafqaza -Azərbaycan torpaqlarına köçürülməsi düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsidir. Bütün bu “tarixi hadisələr” Azərbaycan xalqının və Azərbaycan mədəniyyətinin misli görünməmiş və faktiki olaraq aramsız repressiyalarla müşaiyət olunur.

 

Erməni məkiri bu gün də davam edir. Azərbaycan torpaqlarında bir çiban yarasının saxlanılmasına cəhd edən vampir güclər erməni yarasını Azərbaycanın daxilinə yeritməkdən indi də həzz alırlar.

 

Biz bu tarixdən hansı dərsi götürdük?

 

Versus.Az xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev müsahibəsində maraqlı nüanslara diqqət çəkib.

 

 

İrəvanın ədəbi-mədəni, ictimai-siyasi mühitinin dəyişdirilməsi tarixinə diqqət çəkən Cəlal müəllim erməni vandallığını, vəhşiliyini tarixi faktlarla xarakterizə etməklə, Azərbaycana qarşı yönələn çirkin siyasətə diqqət çəkib:

 

“Azərbaycanın qədim mədəniyyətə və zəngin ədəbi irsə malik olan şəhərlərindən biri də İrəvan olub. Amma buna baxmayaraq, 1918-20-ci illərdə ermənilərin Qərbi Azərbaycanda apardıqları soyqırım siyasəti nəticəsində əvvəllər ədəbi-estetik fikrimizin inkişafında böyük rolu olan İrəvan ədəbi mühiti də dərin tənəzzülə uğramış, onun bir sıra nümayəndələri soyqırıma və deportasiyaya məruz qalmışlar. Nəticədə İrəvan ədəbi mühitinin aparıcı simalarının bir qismi cismani şəkildə qəddarcasına məhv edilmiş, bir qismi isə ölümdən canını qurtarmaq üçün Şimali Azərbaycan, Türkiyə, Orta Asiya, İran, Rusiya və digər ölkələrə üz tutmağa məcbur olublar. Yeri gəlmişkən onu da qeyd edim ki, hələ çar Rusiyası dövründə İrəvan ədəbi-mədəni irsinin inkişafında Firudin bəy Köçərli, İsmayıl bəy Şəfibəyov, Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov və başqa qabaqcıl fikirli ziyalıların da böyük xidmətləri olmuşdur.

Bütün bunlara baxmayaraq etiraf etmək lazımdır ki, 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulması bütün çatışmazlıqlarına baxmayaraq İrəvan ədəbi mühitinin bərpasına dar çərçivədə rəvac vermişdi. Bəzən gizli, bəzən də açıq şəkildə özünü büruzə verən  erməni şovenizmi əhatəsində bu proses heç də asan olmamışdı. Qeyrətli azərbaycanlı ziyalılar Bala Əfəndiyev, Mustafa Hüseynov, Miryusif Mirbabayev, Rza Vəlibəyov, Mehdi Kazımov, Əkbər Rzayev, Həbib Məhəmmədzadə və başqaları ədəbi mühitin bərpasında, inkişafında fədakarlıq göstərmiş siyasi və milli iradə nümayiş etdirmişlər”.

 

Cəlal müəllim, İrəvanda ədəbi mühitlə yanaşı, erməni şovenizmi əhatəsində milli maarifçiliyin inkişafı ilə bağlı faktlara da toxunub. Qeyd edib ki, İrəvanda Azərbaycan maarifi və təhsilindən söhbət açmaq üçün buradakı milli məktəblərin keçdiyi yola nəzər salmaq vacibdir:

 

“Hər şeydən əvvəl onu qeyd edim ki, İrəvanda Azərbaycan məktəbinin tarixi 1830-cu illərdən başlanır. 1832-ci ildə İrəvanda ilk qəza məktəbi açılmışdı ki, bu məktəbin də 1836-cı ildə azərbaycanlı şöbəsi təşkil olunmuşdu. 19-cu əsrin sonlarından başlayaraq İrəvanın maarifpərvər ziyalıları yeni tipli məktəblər təşkil etməyə başladılar. Bu tipli məktəblər 1880-ci ildə Uluxanlıda, 1882-ci ildə isə İrəvanda təşkil edildi. Bu tipli dünyəvi məktəblərin sayı durmadan artırdı. Təəssüf ki, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi total qırğınlar zamanı dünyəvi məktəblərin fəaliyyəti də dayandırıldı.

1920-ci ildən sonra isə Ermənistanda yeni tipli sovet məktəbləri fəaliyyətə başladı. Yeni tipli məktəblər təşkil edildikdən sonra istər İrəvanda, istərsə də bölgələrdə  doğma dilimizdə təhsil ocaqları şəbəkəsinin genişlənməsi, orada təhsil alan şagirdlərin sayının sürətlə artmasına təkan verdi. Həmin məktəblərin idarə olunması, müəllim kadrları ilə bağlı meydana gələn problemlər isə çox vaxt öz həllini tapmırdı.

 

Məktəblər fəaliyyət göstərsə də, müəllim kadrları yox idi. 1925-30-cu illərdə Azərbaycanın müxtəlif yerlərindən İrəvana və azərbaycanlılar yaşayan digər bölgələrə gedib dərs deyirdilər. Amma azərbaycanlı müəllimlərə erməni şovenist dairələri tərəfindən lazımi şərait yaradılmırdı. Və onlar da bu şəraitsizliyə dözməyib İrəvanı tərk etməyə məcbur olurdular. Bir sözlə, ermənilərin məkirli siyasəti ondan ibarət idi ki, hansı yolla olursa-olsun, Azərbaycan maarifinin, təhsilinin inkişafının qarşısını alıb inkişaf prosesini ləngitsinlər.

Yeri gəlmişkən onu qeyd edim ki, 1918-20-ci illərdə  İrəvanda və yerlərdə azərbaycanlılara qarşı törədilən qətliamlar zamanı yaşlı nəslə mənsub ziyalı demək olar ki, qalmamışdı. Nəsillər arasında sələf-xələf münasibətləri tamamilə qırılmısdı”.

 

Cəlal müəllim bildirib ki, istər çar Rusiyası dövründə, istərsə də inqilabdan sonrakı dövrdə daşnakların Azərbaycan və azərbaycanlılara qarşı şovenist siyasəti heç vaxt dəyişməyib:

 

“1920-ci ildə Ermənistanda sovet hakimiyyətinin qurulmasına baxmayaraq, daşnaklar bolşevizm pərdəsi altında azərbaycanlılara qarşı öz məkirli işlərini davam etdirirdi. Çar Rusiyası dövründə daşnakların top, tüfəng, qılıncla kəsdikləri başları sonralar bolşevik pərdəsi altında sapla, iplə kəsirdilər”.

 

Tarixi faktlara istinad edən Cəlal Allahverdiyev əslində bolşeviklərlə daşnaklar arasında heç bir fərq olmadığını deyib:

 

“İrəvanda, bütövlükdə indki Ermənistanda əhalinin əsas hissəsini 1918-ci ilə qədər azərbaycanlılar təşkil edirdi. Siz təsəvvür edin ki, 1922-ci ildə o yerlərin əsas sakinləri artıq öz dədə-baba torpaqlarında azsaylı xalqlar statusunda yaşamağa başladılar. Ermənistan bolşevik hakmiyyəti xaricdə oturan ermənilərin proqramı ilə idarə olunurdu. 20-ci ildən sonra hakimiyyətə gələn ermənilər də daşnakların proqramı ilə hərəkət edirdilər. 1919-cu ildə qədim Azərbaycan torpağı olan İrəvanda barmaqla sayılacaq qədər azərbaycanlı qalmışdı. Hətta kənar bölgələrdə yaşayan azərbaycanlılar belə İrəvanı tərk etmək məcburiyyətində qalmışdılar. 1920-ci ildə sovet hakimiyyəti qurulandan sonra azərbaycanlıların bir qismi evlərinə, torpaqlarına geri qayıtdı. Amma geri qayıdanda evlərinin xaricdən gətirilən ermənilər tərəfindn zəbt olunduğunu gördülər. Azərbaycanlıların çoxu evlərinin zəbt olunduğunu görüb geri qayıtmağa, bəziləri isə yenidən geri qayıtmağa məcbur olmuşdular. Bir qismi isə həmin ərazilərdə özünə daxmalar tikib yaşamağa məcbur olurdu”.

 

Cəlal müəllim erməni vandallarının dünən bolşevik, bu gün isə sovet Rusiyasının himayəsi, dəstəyi ilə davam etməsini və 1988-ci ilin sonlarında azərbaycanlıların Ermənistandan kütləvi şəkildə qovularaq ermənilərdən ibarət monoetnik dövlətin yaradılması tarixinin bu günümüzlə əlaqəsini, oxşarlığını faktlarla önə çəkib:

 

"Ermənilərin Azərbaycanda əsrlər boyu apardığı düşmənçilik siyasəti və erməni havadarlarının Azərbaycan daxilində böyük Ermənistan yaratmaq iddiası ilə apardığı siyasət bu gün də davam edir. Təəssüf ki, biz unutqan millətik. Tarixin müxtəlif dövrlərində düşmən qüvvələr tərəfindən dəfələrlə amansız həmlələr, işğallar, müsibətlərlə qarşılaşmışıq. 1800-cü illərdən bu günümüzə qədər erməni vəhşiliyi ilə qarşılaşmağa məcbr oluruq. Qonşuluğumuzda elə bir düşmən yer salıb ki, tarixin müxtəlif dönəmlərində onun vəhşiliyi ilə üzləşirik. Bu gün tarix bizə diqtə edir ki, ermənilərin bizə qarşı məkirini, riyakarlığını bir an belə unutmamalıyıq. 1905, 1918, 1948-53-cü il hadisələrini unutmamalıyıq.

Hətta müxtəlif ölkələrin dahi insanlarının erməni xalqının iyrəncliyi ilə bağlı fikirləri var. Onlar erməniləri simasını itirmiş bədheybət məxluqa bənzədiblər. İkili baxışlar var. Hətta Stalin o vaxtlar belə bir ifadə işlətmişdi ki, ermənilər bizim ərköyün balalarımızdır. İndi Stalinin ərköyün balaları bizim başımıza bəla olublar.

 

Bu gün biz bilməliyik ki, qonşumuz riyakar ermənidir. Allah xalqımızı qorusun və yeni yaranan Turan dünyasını qorusun. İnanıram ki, yeni dünya düzənində bizim riyakar düşmənlə münasibətlərə tamamilə yeni bir görkəm veriləcək. Başqa müstəvidə yaşamağımız üçün yeni zəmin yaradacaq. 21-ci əsr türkün əsri olacaq.

 

Biz bu 44 günlük müharibədə İrəvanı da özümüzə qaytara bilərdik. Lakin görünən odur ki, erməni havadarları bəzi səbəblərdən ortalıqda hələ ki, meydan sulayırlar. İrəvan bizim əzəli-əbədi tarixi torpaqlarımzdır. Gec-tez biz öz tarixi torpaqlarımıza qovuşacağıq”.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

Güləşçimiz Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya QAZANDI

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Xətai rayonunda evlər plana düşdü

Hərbçilərimizin Türkiyədəki TƏLİMLƏRİ