“Məhdudlaşdırılma gözlənilir”

14:33 19-04-2021 | icon 1602 | Gündəm
“Məhdudlaşdırılma gözlənilir”

"Peyvənd vurulan şəxslərə güzəştlər tətbiq edilməsinin tərəfdarıyam"

 

“Peyvəndlənmə prosesində istənilən rəqəmlərə çatmadığımız üçün məhdudlaşdırmanın olma ehtimalı yüksəkdir. Məhdudlaşma tədbirləri tətbiq olunduqda isə peyvənd vurulan şəxslərin rahat hərəkəti məntiqli, uyğun və vacibdir”.

 

Bunu “ARB 24”ün “Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.

 

O bildirib ki, peyvənd vurulan şəxslərə güzəştlər tətbiq edilməsinin tərəfdarıdır:  

 

“Həmin şəxslər həm iqtisadi, həm də aktiv fəaliyyət prosesində daha rahat iştirak etməlidir”.

 

Millət vəkili onu da qeyd edib ki, artıq bir çox ölkələrdə peyvənd vurulan şəxslərə müəyyən güzəştlər tətbiq edilir:

 

“Skandinaviya ölkələrində peyvənd olunması ilə bağlı sertifikatı olan şəxslərin rahatlıqla bütün imkanlardan istifadəsi üçün şərait yaradılır. Müxtəlif ictimai tədbirlərdə həmin şəxslərin iştirakı və s. kimi güzəştlər tətbiq olunur.

Bundan başqa beynəlxalq münasibətlərdə fərqli yanaşma var. Məsələn, Çin ölkəsinə özlərinin istehsal etdiyi peyvəndi vurduran insanların daha rahat girişini təmin edəcəklərini bildirdi. Burada hiss olunur ki, bu prosesə artıq siyasət qarışır”.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Kəlbəcərdə ağır QƏZA

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?