Ermənilərin 24 aprel tarixi yalanı

12:15 20-04-2021 | icon 983 | Tarix
Ermənilərin 24 aprel tarixi yalanı

Ermənistan arxivlərin birgə öyrənilməsi və araşdırılmasını istəmir

 

 

 

 

NİZAMİ VERDİYEV
/ALDP Rəyasət Heyətinin katibi/

 

 

XIX əsrin sonu XX əsrin əvvəllərində azərbaycanlılara, türklərə qarşı terror və qətliamlar törətmək məqsədilə ermənilərin terror təşkilatları olan "Qnçaq”, "Daşnak” və "Ramqavar” yaradılmışdı. 1915-ci il aprelin 24-ü erməni terror təşkilatları rəhbərlərinin həbs olunduğu gündür. 24 aprel həbsi isə onların niyyətlərinin qarşısını almışdı.

 

Tarixə baxış etsək, nə 1915-ci il aprelin 24-də, nə də ondan bir neçə gün əvvəl və sonra Anadoluda heç bir döyüş və ya köçürmə hadisəsi baş verməyib. Arxiv məlumatlarına əsasən tarixi həqiqətlər bundan ibarətdir ki, Birinci Dünya müharibəsi zamanı Şərqi Anadolunun erməni əhalisi Osmanlı dövlətinə qarşı qiyam qaldırmışdı. Buna görə də Osmanlı hökuməti qəti tədbirlər görməyə məcbur olmuşdu. Fevralın 25-də ordunun baş qərərgahı ermənilərin heç bir halda hərbi xidmətə cəlb edilməməsi barədə bütün hərbi hissələrə təlimat göndərdi. Aprelin 24-də isə Daxili İşlər Nazirliyi erməni komitə mərkəzlərinin bağlanması, əmlaklarının müsadirə edilməsi və komitə başçılarının həbs olunması barədə əmr vermişdi.

 

Erməni millətçiləri Türkiyə və Azərbaycan ərazilərində insanlığa qarşı törətdikləri dəhşətli soyqırımı cinayətlərini ört-basdır etmək üçün yalançı "soyqırımı” mifini uyduraraq erməniləri dünyanın "əzabkeş xalqı” kimi qələmə verməyə başladılar.

 

Maraqlıdır ki, ermənilərin "soyqırımı" ilə bağlı ötən əsrin 50-ci illərinə qədər bir söz belə deyilməmişdi. “Soyqırımı” iddiaları yalnız 1950-ci illərdən gündəmə gəlib.

 

Ermənilər onlara qarşı "soyqırımı” törədildiyini iddia etsələr də, hələ indiyə qədər bununla bağlı bir fakt ortaya qoya bilməyiblər. Türkiyə dövlətinin təkidinə baxmayaraq, Ermənistan indiyə qədər arxivlərin birgə öyrənilməsi və araşdırılmasını heç bir vəchlə istəməyib.

 

Əslində, tarix sübut edir ki, ermənilər soyqırıma məruz qalmayıblar. Əksinə, sərsəm "böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün XIX əsrin sonlarından başlayaraq ən dəhşətli soyqırımı cinayətləri həyata keçiriblər. 

 

Xüsusən Qafqazda ermənilər tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ keçirilən soyqırımı cinayətləri nəticəsində azərbaycanlılar yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb, viran edilib.

 

XX əsrin əvvəllərində, xüsusən 1905-1907-ci illər hadisələri zamanı Bakıda, Qarabağda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi.

 

1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən mərhələdə daşnak-bolşevik birləşmələri Bakıda və Azərbaycanın bir çox bölgələrində misli görünməmiş soyqırımı cinayətləri törədiblər. Bakıda, Qarabağda, Şamaxıda, Zəngəzurda, Qubada, Lənkəranda, Naxçıvanda 50 mindən artıq azərbaycanlını qətlə yetiriblər. Sovet illərində isə yüz minlərlə azərbaycanlı öz tarixi torpağından, indi Ermənistan adlandırılan ərazilərdən didərgin salınıb. 

 

Bütövlükdə tarixi mənbələr sübut edir ki, dünya erməniliyinin əlində bayraq etdiyi "soyqırımı" iddiaları əslində yalandan, sərsəmləmədən başqa bir şey deyil.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Xətai rayonunda evlər plana düşdü

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI