Azərbaycan vətəndaşlığı kimlərə verilə bilər?

11:49 21-04-2021 | icon 1744 | Gündəm
Azərbaycan vətəndaşlığı kimlərə verilə bilər?

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi barədə şərtləri açıqlayıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinin rəisi Elnur Kələntərov video paylaşıb.

 

O bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasına, həmçinin qanunlarına riayət edilməsi barədə öhdəlik götürən, Azərbaycanın dövlət dilini bilməsi barədə müvafiq sənəd təqdim edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs mənşəyindən irqi və milli mənsubiyyətindən, dinə münasibətindən, cinsindən, təhsilindən, siyasi və digər əqidələrindən asılı olmayaraq qanunvericiliyə müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilə bilər.

 

E.Kələntərovun sözlərinə görə, şəxs əvvəlcə Azərbaycanda iki il müddətində müvəqqəti yaşama icazəsi ilə qalmalıdır:

 

Daha sonra isə beş il müddətində daimi yaşama icazəsi ilə fasiləsiz qalmaq olar. Fasiləsiz o deməkdir ki, həmin şəxs Azərbaycandan kənarda il ərzində 90 gündən artıq vaxt keçirməməlidir.

 

Vətəndaşlığa qəbul şərtləri haqqında daha ətraflı məlumat barədə buradan tanış ola bilərsiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Şəkər istehlakı xərçəngə yol açır?

Kəlbəcərdə ağır QƏZA

Vəzifə gəldi gedərdir - Firudin Cəlilov- 77

Xətai rayon prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər”