Beynəlxalq Muğam Mərkəzində "Dastan gecələri"

08:35 02-11-2018 | icon 490 | Mədəniyyət
Beynəlxalq Muğam Mərkəzində "Dastan gecələri"

Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” layihəsi çərçivəsində "Aşıq Alının Türkiyə səfəri" dastanı təqdim olunub.

 

Versus.Az xəbər verir ki, tədbir Beynəlxalq Muğam Mərkəzinin, “Mədəniyyət” televiziya kanalının və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun birgə layihəsi çərçivəsində həyata keçirilib.

 

Tədbirdə AMEA Folklor İnstitutunun şöbə müdiri, əməkdar mədəniyyət işçisi Elxan Məmmədli çıxış edərək aşıq sənətinin təbliği baxımından layihənin əhəmiyyətindən danışıb və təşkilatçılara təşəkkürünü bildirib. O qeyd edib ki, aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik hussəsi olaraq, müxtəlif mərhələlərdən keçmiş və xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib.

 

Sonra tamaşaçılara aşıq Bəhmən Göyçəli, aşıq Firudin Göyçəli və balabanda Əziz Göyçəlinin ifasında “Aşıq Alının Türkiyə səfəri” dastanı təqdim olunub.

Dastanın mövzusu sadə ənənəvi süjet üzərində qurulmuşdu:

 

“İstədiyi qızı almaq üçün çətinlik qarşısında qalan qəhrəman uzaq diyara yollanır, sınaqlardan sazının-sözünün qüdrəti ilə çıxır, toy günündə qayıdıb gəlir və muradına yetir”.

 

Tamaşa gür alqışlarla sona çatıb.

Noyabrın 2-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Kifayət Gəncəlinin yaradıcılığına həsr olunmuş gecə keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?