“Dövlət simvolları haqqında yaxşı danışsan da düzgün anlamayan tapılacaq”

16:36 06-11-2018 | icon 490 | Siyasət
“Dövlət simvolları haqqında yaxşı danışsan da düzgün anlamayan tapılacaq”

 

Razi Nurullayev: “Xalqı himnin dəyişdirilməsi yox, öz güzəranının yaxşılığa doğru dəyişdirilməsi maraqlandırır”

 

 

“Himn, bayraq, ordu dövlətin simvollarıdır, toxunulmazdır. Bunlar haqında yaxşı da danışsan düzgün anlamayanlar tapılacaq. Tahir Kərimli müsahibələrində məsələylə bağlı müəyyən arqumentlər gətirib. Düşünürm ki, sadəcə qeyd etdiyim kimi, düzgün anlaşılmayıb”.

 

Bunu Versus.Az-a Milli Məclisdə "Azərbaycan Respublikası Dövlət himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun müzakirəsi zamanı millət vəkili Tahir Kərimlinin himnlə bağlı təklifinə açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib:

 

“Düşünmürəm ki, Tahir Kərimli Azərbaycan xalqının düşmənidir, yaxud doğrudan da bunu bir vətənpərvər insan kimi demir. Onun məntiqinə görə himnimiz başğa ölkələrin himnlərinə nisbətən uzundur və tədbirlər zamanı səsləndirilərkən çox vaxt aparır. Bunda bir problem görmürəm”.

 

Partiya sədri qeyd edib ki, himn məsələsini Tahir bəyin sözü ilə də dəyişmək olmaz, o, buna invidual olaraq birbaşa fikrini bildirib:

 

“Bunu doğru saymıram. Çünki himnin dəyişdirilməsi, yaxud himnlə bağlı digər fikirlər söyləmək bir nəfərin iradəsiylə deyil, xalqın iradəsi ilə həll oluna bilər. Bu, elə bir məsələdir ki, hətta Referenduma da çıxarmaq olar.

Bilirsiz, Milli Məclisin iclasında müzakirəyə çıxarılan bir məsələdir və müzakirəsi zamanı müxtəlif təkliflər, fikirlər səslənməsi normaldır. Əgər etirazla qarşılanacaqdısa, dəyişilməyəcəkdisə ümumiyyətlə müzakirəyə çıxarılmamalıydı”.

 

R.Nurullayev bildirib ki, ümumiyətlə indiyə qədər iki nəfər himnlə bağlı fikir bildirib:

 

“Biri rəhmətlik Astan Şahverdiyev idi. Amma barmağı düymə basa bilən hamı onu söyüb təhqir eləmişdi. Ondan bir az azına bu gün Tahir bəy məruz qaldı. Bəlkə də himnlə bağlı bu fikirləri söyləmək çoxlarının fikrindən keçsə də, bu cür təpki olacağından çəkinərək risk etmədilər”.

 

AXCP sədri vurğulayıb ki, sözügedən məsələ ilə bağlı bu işin mütəxəsisləri fikir bildirməlidilər və ümumiyyətlə dünyanın bütün himnləri analiz oluna bilər:

 

“Mən hesab edirəm ki, Azərbaycanın o qədər ciddi sosial, hüquqi, siyasi problemləri var ki, himnin dəyişdirilməsi ilə bağlı müzakirə parlamentdə ən sonuncu yerdə dayanmalıdır. Xalqı bu dəqiqə himnin dəyişdirilməsi yox, öz güzəranının yaxşılığa doğru dəyişdirilməsi maraqlandırır. Ona görə də himnlə bağlı müzakirələrin ümumiyyətlə plenar iclasa salınmasını düzgün saymıram”.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür