Pensiya seçimində sərbəstlik

17:21 11-06-2021 | icon 677 | İqtisadiyyat
Pensiya seçimində sərbəstlik

“Pensiyaçı istədiyi vaxt pensiyaya çıxa və istədiyi məbləği ala bilər”

 

Dünya praktikasında pensiyaçılara öz bankını seçmək imkanı verilir. Bunun pensiyaçı və digər banklar üçün xüsusi üstünlüklər təqdim etdiyi düşünülür. İlkin olaraq bu üstünlüklərə banklar arasında rəqabəti artırmaq və pensiyaçı üçün özünə ən uyğun xidmətləri seçmək imkanı daxil edilir.

 

Bəs, Azərbaycanda necə?

 

Versus.Az xəbər verir ki, iqtisadçı Seymur İbadov bildirib ki, bank seçimində pensiyaçıya sərbəstliyin verilməsi məsələsinə müəyyən qədər geniş pəncərədən baxmaq lazımdır.

 

Çünki, pensiya dövlət tərəfindən verildiyi halda banklar xüsusi meyarlar əsasında seçilir:

“Seçimdə çox bankın olması dövlətin də xərcini artıra bilər. Çünki hər bir bankın müəyyən tarifləri və xidmətlərlə bağlı xərcləri ola bilər. Dövlətin bank seçimi müəyyən hansısa meyarlar əsasında aparılır. İlkin meyar xidmət şəbəkəsinin genişliyi və ATM-lərin sayının bütün ölkə üzrə paylanması, ikinci meyar isə tariflərlə bağlıdır. Buna görə də seçim edilərkən məqsədə müvafiq hesab edilən banklarla işləməyə üstünlük verilir. Əsas məqsəd istifadəçilərin prosesdən razı qalmasıdır. Pensiyaçı vəsaitini istədiyi vaxt bankdan nağdlaşdıra bilməlidir. Lakin, insanlar bütün pullarını kartdan çıxarmaya da bilərlər, bəzən bu müəyyən üstünlüklər verir”.

 

Əgər ölkəmizdə seçim şansı yaradılarsa...

 

“Dövlət tərəfindən seçim şansı verilərkən 3 və ya 4 bank təqdim edilə bilər. Yalnız bu bankların içərisindən özümüzə ən uyğun olanı seçə bilərik. Bankların bu məsələdən qazancı isə kartlarda saxlanılan vəsaitlər ola bilər. Hər bir bankın xəzinədarlığı var və bundan daha yaxşı istifadə edə bilən banklar əlavə vəsait qazana bilərlər. Müşahidə etdiyim qədərilə pensiya dövrünə çatan şəxslər vəsaiti karta köçürülən zaman nağdlaşdırıb xərcləyirlər.

Bank seçimində sərbəstliyin üstünlüklərini əsasən bankların təqdim etdiyi elektron xidmətlərdə müşahidə edə bilərik. Bir çox banklar mobil aplikasiyalar vasitəsilə müxtəlif xidmətlər təqdim edir. Banka getmədən həyata keçirilən bu xidmətlərin müxtəlifliyi üstünlüklər təqdim edə bilər”, - deyə, iqtisadçı əlavə edib.

 

Pensiyaçı pensiyaya çıxacağı vaxtı və miqdarı özü təyin edə bilər

 

Seymur İbadovun fikrincə, bank seçimində sərbəstlikdən daha çox ölkədə özəl pensiya fondlarının mövcudluğu daha çox fayda verə bilər:

“Pensiya ilə bağlı beynəlxalq təcrübədə dövlət və özəl fond anlayışı var. Gələcəkdə özəl pensiya fondları olduğu zaman qanunvericiliyə dəyişikliklər əsasında banklar da bu cür fondları təsis edə bilərlər. Bu zaman pensiyaçı yığım şərtlərini özü təyin edə bilər. Məsələn, pensiyaçı 15 il sonra pensiyaya çıxa, pensiyaya çıxdıqdan sonra hər ay 20 il ərzində “X” miqdarda və ya pensiyaya çıxdığı gün “X” miqdarda pensiya ala bilər. Artıq özəl fond pensiyaçının istəklərini reallaşdırmaq üçün 15 il ərzində ödəyəcəyi aylıq məbləği təklif edəcək. Yəni, pensiyaçı öz şərtlərini istədiyi kimi müəyyən edə bilər”. /oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər