“Növbədənkənar Parlament seçkiləri qaçılmazdır”

14:43 07-11-2018 | icon 472 | Siyasət
“Növbədənkənar Parlament seçkiləri qaçılmazdır”

 

Razi Nurullayev: “Parlament seçkiləri 2020-ci ildə keçirilərsə, 2025-ci ildə Prezident seçkiləri ilə üst-üstə düşər”

 

 

“Prezident seçkilərindən sonra belə bir fikir səsləndirmişdim ki, Parlament seçkilərinin də növbədənkənar keçirilməsi qaçılmazdır. Bu gün də həmin fikrin üzərində dayanıram”.

 

Bunu Azərbaycanda növbədənkənar Parlament seçkilərinin mümkünlüyü ilə bağlı Versus.Az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev bildirib.

 

Partiya sədri qeyd edib ki, əgər Parlament seçkiləri 2020-ci ildə keçirilərsə, o zaman növbəti seçki 2025-ci ildə Prezident seçkiləri ilə üst-üstə düşür:

 

“Eyni zamanda iki seçkinin keçirilməsi, Prezident seçkisinin Parlament seçkisindən qabaq keçirilməsi təcrübədə yoxdur və heç doğru da sayılmır. Həmişə Parlament seçkiləri keçirilir, bu seçkidə iqtidar özünə qələbə təşkil edir, sonra Prezident seçkisi keçirilir.

Bu baxımdan Azərbaycanda Parlament seçkilərinin Prezident seçkilərindən öncə keçirilməsi mümkün görünmür. Düşünürəm ki, gələn ilin aprel ayında növbədənkənar Parlament seçkiləri gözləniləndir”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür