Siyasi partiyalara xaricdən ianələrlə bağlı qətnamə qəbul olundu

07:58 25-06-2021 | icon 718 | Gündəm
Siyasi partiyalara xaricdən ianələrlə bağlı qətnamə qəbul olundu

AŞPA-da siyasi partiyalara və seçki kampaniyalarına xaricdən ianələrin şəffaflığı və tənzimlənməsi ilə bağlı qətnamə qəbul olunub.

 

Versus.az xəbər verir ki, qətnamədə siyasi partiyalar və seçki kampaniyaları demokratik qərar qəbuletmə prosesinin əsas elementləri olduğu bildirilib.



Sənəddə qeyd edilib ki, xarici dövlətlərin və ya dövlətlə əlaqəli qurumların siyasi partiyalara və seçki kampaniyalarına maliyyə töhfələri verməsi ilə bağlı xəbərlər var. Bildirilib ki, Avropa Şurası buna görə üzv dövlətlərdə demokratik qərarların qəbul edilməsinin bütövlüyü ilə bağlı narahatlıq keçirməkdədir.

 

Hesabatda bu cür töhfələrin bir dövlətin siyasi prosesləri, demokratiyası, dövlət bütövlüyü və suverenliyi üzərində mənfi təsir təşkil edə biləcəyi bildirilir.

 

Qətnamədə mövcud qaydaların və onların icrasının çatışmazlıqlarını aradan qaldırmaq üçün konkret təkliflər irəli sürülüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

Sakinlərin NƏZƏRİNƏ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ