Bakı limanının tarixinə dair KİTAB

12:19 01-07-2021 | icon 1090 | Ədəbiyyat
Bakı limanının tarixinə dair KİTAB

Milli Azərbaycan Tarixi Muzeyi Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədovun həmmüəllifi olduğu “Bakı limanı” kitabı çap olunub.

 

Versus.Az xəbər verir ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tərəfindən hazırlanmış “Bakı limanı” kitabı CASPIGROUP (İstanbul) tərəfindən nəfis tərtibatda, çoxsaylı xəritə, fotoşəkil və illüstrasiyalarla Azərbaycan və ingilis dillərində çap edilib.

 

Layihənin rəhbəri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru, siyasət elmləri üzrə fəlsəfə doktoru Taleh Ziyadov, redaktoru və koordinatoru hüquq elmləri üzrə fəlsəfə doktoru Pərvinə İsmayılovadır.

Beş bölümdən ibarət kitabın müəllifləri Nazim Ərəbov, Səbuhi Əhmədovdur.

 

Kitabda Bakı limanının keçmişindən, bu günündən və gələcəyindən bəhs edilir. Limanın beynəlxalq statusunu və Böyük İpək Yolunda önəmli rolunu nəzərə alaraq, bu sahədə yeni tədqiqatların aparılması zərurəti yaranıb.

 

Oxuculara təqdim edilən yeni kitab bu istiqamətdə atılan əsaslı addım kimi diqqəti cəlb edir. Burada indiyədək geniş ictimaiyyətə məlum olmayan faktlar və tarixi sənədlər, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Bakı limanının inkişafında önəmli xidmətləri barədə informasiyalar, unikal fotoşəkillər, illüstrasiya və rəsmlər yer alıb.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

"Almaniyaya səfər məhsuldar keçdi"

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ