Revanşistlərin Qərbdən, xüsusilə Fransadan dəstək gözləntisi

09:58 11-09-2023 | icon 1044 | Geopolitika
Revanşistlərin Qərbdən, xüsusilə Fransadan dəstək gözləntisi

Fuad Əliyev: "Onlar regionda yeni münaqişənin başlanmasını istəyirlər"

 

“Laçın rayonu Azərbaycanın ayrılmaz hissəsidir. Bakının dəhlizin humanitar istiqamətini qorumaq və keçid məntəqələri yerləşdirməyə tam hüququ var, bunu da edib. Keçid məntəqənin açılması ilə Ermənistanın Qarabağda qalan qeyri-qanuni silahlı separatçılara yeni silahları vermək cəhdinin qarşısı alınıb”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi ekspert Fuad Əliyev bildirib.

 

Onun sözlərinə görə, Ermənistan da öz ərazisində Zəngəzur tərəfdə keçid məntəqəsini aça bilər:

 

“Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistanın Sünik rayonu ərazisindən açılması nəzərdə tutulan Zəngəzur dəhlizində İrəvanın da analoji keçid məntəqələri quraşdırmaq hüququ var. Paşinyan isə imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin icrasını hər cür ləngidir. Rəsmi İrəvan başa düşməlidir ki, Zəngəzur dəhlizi gec-tez açılacq. Və dəhlizin açılması region dövlətlərin, o cümlədən Ermənistanın xeyrinə olacaq”.

 

Fuad Əliyev hesab edir ki, silahlı separatçılara qarşı yaxın zamanlarda Azərbaycan Ordusu genişmiqyaslı hərbi əməliyyat keçirəcək:

 

“Azərbaycan Ordusunun hələ də orada qalan qeyri-qanuni silahlı separatçıların Qarabağ ərazisindən sıxışdırıb çıxarmaq üçün hərbi əməliyyat keçirmək hüququ var. Və bu qaçılmazdır. Separatçıların çıxarılması və yaxud məhv edilməsi nəinki Azərbaycana, bütün regiona sülh və sabitlik gətirəcək”.

 

F.Əliyev vurğulayıb ki, Ermənistan tərəfi Qərb tərəfdaşlarının maraqlarını təmin etmək üçün vaxtaşırı Azərbaycanla sərhəddə Ordumuzun mövqelərini atəşə tutur:

 

"Bu, istər-istəməz regionda eskalasiyanın yeni raunduna çıxara bilər. Ermənistan və onların Qərb havadarları bilməlidirlər ki, bu addımlar regionda sülhün bərpasına töhfə verməyəcək. Sülhün bərpası yenə də Azərbaycan əsgər və zabitlərin üzərinə düşür. Bir əməliyyatla sülh bərpa olunacaq”.

 

AYSEL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Samir yeniliklərlə qayıtdı

Ənvər Sadıqov - 58

Deputatın “Başkənd” iddiası ciddi qınağa səbəb oldu

Ölkəmizə olan böyük etimadın və dəstəyin nümunəsi

Prezidentin Almaniya səfərində ən mühüm MESAJI

İltihab xəstəliklərində nələri nəzərə almaq lazımdır?

Tanınmış yazar MHB-yə üzv oldu

Yol kənarındakı qanunsuz tikililər sökülüb

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib

Bakı sakinlərinə ŞAD XƏBƏR

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

"Almaniyaya səfər məhsuldar keçdi"

Rektor yubiley medalı ilə təltif edildi

Qarabağ Universitetinin yataqxanası ödənişli olacaq?