İpoteka bazarında vəziyyət

17:42 23-07-2021 | icon 512 | İqtisadiyyat
İpoteka bazarında vəziyyət

2021-ci ilin yanvar-iyun ayları ərzində banklar tərəfindən 203,4 milyon manat həcmində ipoteka krediti verilib.

 

Versus.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, iyul ayının 1-nə vətəndaşların əldə etdiyi ipoteka kreditlərinin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 110 200 000 manat və ya 2,2 dəfəyə qədər artıb.

 

Müvafiq dövr ərzində İpoteka və Kredit Zəmanət Fonduna dövlət tərəfindən 35 600 000 manat vəsait ayrılıb ki, bu rəqəm ötən ilin göstəricilərinə nəzərən 40 000 000 manat və ya 52,9 faiz azdır.

 

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 151 800 000 manat olub. 2020-ci ilin iyul ayının əvvəlinə olan göstəricilərlə müqayisədə yenidən maliyyələşdirilən kreditlərin həcmi 134 000 000 milyon manat və ya 8,5 dəfə artıb.

 

Fondun ipoteka portfeli üzrə orta aylıq faiz dərəcəsi cüzi azalaraq 6,32 səviyyəsində olub. Ümumiyyətlə ilin əvvəlindən orta aylıq faiz dərəcələri 6,31-6,34 arasında dəyişib. Orta aylıq ödənişlərin həcmi isə may ayı (378,6 manat) ilə müqayisədə artaraq 380,1 manat həcmində müəyyənləşib. İlin əvvəlindən orta aylıq ödənişlərin həcmi 370,2-380,1 manat arasında dəyişib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Gömrük idarəsində ƏMƏLİYYAT

Bu da Roza Zərgərlinin “Son”u

"Analar Günü" TƏSİS EDİLİR

“Qarabağ naminə qalib ol!” - MARAFON

Əllərin əsməsi təkcə nevroloji deyil, başqa səbəbləri də var

Nərminin montajsız klipi

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ

DSX-nin sərhəd zastavası xidməti istifadəyə VERİLDİ

Xəyallar gerçəkləşir

Kəlbəcərdə ağır QƏZA

"Bu, müharibə ehtimallarını da azaldır"

Şəkər istehlakı xərçəngə yol açır?