Bu fermerlər kompensasiya alacaq

07:11 12-08-2021 | icon 471 | İqtisadiyyat
Bu fermerlər kompensasiya alacaq

Ermənistanın hərbi təcavüzü nəticəsində aqrar sektora dəymiş zərərlə bağlı kompensasiyaların ödənilməsinə başlanılıb.

 

Versus.az xəbər verir ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasına başlanılıb.

 

Sərəncama əsasən, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması üçün 1,4 milyon manat vəsait ayrılıb.

 

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qeyd olunan dövrdə Ermənistanın hərbi təcavüzü nəticəsində kənd təsərrüfatı fəaliyyətinə zərər dəymiş 980 nəfərin siyahısı müəyyənləşib. Zərərin predmeti kimi iri və xırdabuynuzlu heyvan, at, ev quşu, ot bağlaması, texnika, arı yeşiyi, qazılmış səngərlərə görə əkin sahələrinə dəymiş ziyan əsas götürülüb. Həmin dövrdə tərtərli fermerlər ən çox ziyan dəymiş təsərrüfat sahibləridir.

 

Siyahıya əsasən, hərbi təcavüz nəticəsində Bərdə rayonunda 9, Ağcabədidə 55, Füzulidə 23, Goranboy/Naftalanda 22, Ağdamda 268, Cəbrayılda 1, Gəncədə 1, Tərtərdə 601 fermerin əkin sahələrinə, kənd təsərrüfatı texnikasına, kənd təsərrüfatı məhsullarına, heyvanlarına zərər dəydiyi təsdiqlənib.

 

Zərərçəkmiş fermerlərin adlarına bank kartları açılıb, ayrılmış vəsait kartlara köçürülüb. Kənd təsərrüfatı fəaliyyəti ilə əlaqədar Ermənistanın hərbi təcavüzü nəticəsində zərər çəkən fermerlər bu gündən etibarən yaşadıqları ərazi üzrə “Kapitalbank” filiallarından bank kartlarını ala və köçürülmüş vəsaiti bankomatlarda nağdlaşdıra bilərlər.

 

Qeyd edək ki, zərərin ödənilməsi ilə bağlı əlavə məlumat almaq istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır

Artıq telefon danışığı zamanı emoji göndərmək mümkündür

Məzahir Pənahovdan erkən seçki ANONSU

Bu da Roza Zərgərlinin “Son”u

Gömrük idarəsində ƏMƏLİYYAT

“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə YARADILDI