“Bu adam həmişəki kimi “körpüləri yandırır”"

14:35 11-01-2018 | icon 548 | Siyasət
“Bu adam həmişəki kimi “körpüləri yandırır”"

“Qəmbərov İsa partiyasını da, az-çox “birlik”ləri var idi ki, onu da özü dağıdıb”

Müsavat Partiyasının lideri İsa Qəmbər partiyanın başqanlığından gedəndən uzun müddət sonra silahdaşlarının narazılığına səbəb olan tarixi xatırlatmaları ilə gündəmə gəlib. Onun özünün feysbuk səhifəsində “8 yanvar 1990 – AXC-nin Məclis sessiyası” başlığı ilə start götürdüyü memuarı xatırladan yazısı müxalifət düşərgəsində fikir ayrılıqları ilə diqqəti çəkməkdədir.

Bu barədə Versus.Az-a açıqlamasında seçkiöncəsi bu cür tərpənişlərə hələ çox rast gəlinəcəyini deyən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev konstruktiv müxalifət olaraq radikal müxalifətdən bu yöndə də fərqləndiklərini bildirdi:

“Əgər İsa keçmiş siladaşlarını bu cür “vurmaq” istəyirsə…”

“Bizim partiya olaraq mübarizəmiz xəyanətkar, korrupsioner məmurlarladır. Qəmbərov İsa və onun dostları isə gah hakimiyyət uğrunda bir-birinə badalaq vururlar, gah da “vahid namizəd”, “ana,ata” nə bilim “dədə müxlifət” iddiasında özlərini əsir-yesir edirlər.
Bu gün də Qəmbərov İsa başlayıb keçmişi qurtdalamağa. Elə gözəl də uydurur ki, ağıllı, fədəkar baş qəhrəman rolunda özü olur. Qəmbərov İsa kimə nağıl danışır? Onun keçmişini bilmiyən, Elçibəy hakimiyyətinə, öz silahdaşlarına xəyanətini bilməyən gənc nəsləmi özünü göstərir? Hansı dövrdə qalıb o? İnternet əsridir e, hər kəs internetdə arxivi rahatlıqla araşdırır, o, zəhmət çəkməsin. Yox əgər İsa keçmiş siladaşlarını bu cür “vurmaq” istəyirsə, o başqa.
Mənim üçün bir şey maraqlıdır, nəyə görə Qəmbərov İsa nə hazırkı bəzi məmurların əməllərindən, nə də bu QOCALAR EVİndən bir kəlmə də danışmır?”

MMP sədrinin sözlərinə görə, İsa Qəmbər nəinki xarici havadarlarının, məhz Azərbaycandakı korrupsioner məmurların hesabına bu gün yüksək səviyyəli yaşayış imkanına malikdir:

“Korrupsioner nazirlərin yaşayışından heç də geri qalmır onun yaşayışı. Partiyasını özü dağıtdı, az-çox birlikləri var idi ki, onu da İsa özü düşünülmüş şəkildə dağıtdı. İndi də bu adam öz keçmiş tərəfdaşları ilə olub-qalan “körpüləri yandırır”. Bədbəxt adamdır da, o da bu yaşında özünü siyasətdə bu cür yola verir.

“Qəmbərov İsa da siyasətdə son şöləsini saçır”

Fikir veribsizsə, ocaq sönərkən son dəfə şölələnir və qəfil sönür. İndi Qəmbərov İsa da siyasətdə son şöləsini saçır. Onun paylaşdığı fikirlərə yazılan rəylərdən də görünür ki, bu adama elə öz tərəfdarları tərəfindən etimad çoxdan itib. Ola bilsin hakimiyyətin qocalar evindən kimsə buna seçkiöncəsi nələrsə vəd edib şirnikləndirib, gərək keçmiş silahdaşları onu başa düşüb inciməsinlər.
İndi görürsünüzmü, Hafiz Hacıyev korrupsiya ilə məşğul olan, bu dövlətin malını talayan nazirlərlə döyüşür, özünü müxalifət adlandıran bu insanlarsa hələ də keçmişdə baş verənlərin çəkişməsindədirlər, kimin kim olduğunu sübut edirlər, hələ də riqulovka olunurlar hər prezident seçkisi öncəsi. Xalq da yaxşı görür ki, onun halına yanan, problemlərinin həllinə çalışan, bu bəzi qaniçən məmurların əlindən xilas etmək üçün, dövlətini və dövlət başçısını müdafiə etmək üçün həyatını riskə atan Hafiz Hacıyevdir. Bu müxalifətin mənə “balıq nazir” ayaması qoymaqları ilə deyil ki, problem deyil, desinlər. Onlara hansı ayamalar qoyulub, bunu özləri yaxşı bilir”.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür