Un və un məmulatlarının bahalaşmasının qarşısını alan QƏRAR

15:33 16-09-2021 | icon 566 | İqtisadiyyat
Un və un məmulatlarının bahalaşmasının qarşısını alan QƏRAR

“Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib. 

 

Versus.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

 

Dəyişikliyə əsasən, 2021-ci il sentyabrın 1-dən bu qərarda nəzərdə tutulmuş dayanıqlı mexanizm formalaşdırılanadək un istehsalçılarına satılan unun hər tonuna görə ödənilməli subsidiyanın məbləği aşağıdakı qaydada hesablanacaq:

 

1. un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən edilir;

2. un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına ödənilməli subsidiyanın məbləği bu Qərarın 2.1-1-ci yarımbəndinə əsasən müəyyən olunan orta aylıq idxal dəyərinə bu Qərarın 1-1.1-ci yarımbəndi ilə müəyyən edilən həcmdə un istehsalçısının marjası əlavə edilməklə hesablanmış məbləğlə bu Qərarın 1-1.1-ci yarımbəndi ilə müəyyən edilən bir ton unun topdansatış qiymətinin yuxarı həddi arasındakı fərq məbləğində müəyyən edilir;

3. un istehsalı ilə məşğul olan şəxslər tərəfindən un bu Qərarın 1-1.1-ci yarımbəndi ilə müəyyən edilən topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satıldıqda, subsidiyanın məbləği həmin fərq qədər azaldılır.

 

Bundan başqa, dəyişikliyə görə, idxal olunan ərzaqlıq buğdanın həcmində ən yüksək paya malik olan ölkə üzrə məlumatlar əsasında 3-cü sinif ərzaqlıq buğdanın orta aylıq qiymətinin üzərinə həmin ölkənin tətbiq etdiyi ixrac rüsumunun orta aylıq məbləğini əlavə edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövrün sonuna müəyyən etdiyi rəsmi məzənnə əsasında ərzaqlıq buğdanın orta aylıq idxal dəyərini hesablanacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Qərb iç üzünü GÖSTƏRDİ

“İctimai proseslər media müstəvisində” - FORUM

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır

Artıq telefon danışığı zamanı emoji göndərmək mümkündür

Məzahir Pənahovdan erkən seçki ANONSU

Bu da Roza Zərgərlinin “Son”u

Gömrük idarəsində ƏMƏLİYYAT

“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə YARADILDI