MMP Şəki rayon təşkilatına yeni üzv olanlar var

13:27 06-01-2018 | icon 543 | Siyasət
MMP Şəki rayon təşkilatına yeni üzv olanlar var

Köhnə ilin sonu, yeni ilin ilk günlərində Müasir Müsavat Partiyasında rayon təşkilat rəhbərləri ilə görüş keçirilib.

Versus.Az xəbər verir ki, belə görüşlərdən biri partiyanın Şəki rayon təşkilat sədri və bir neçə üzvü ilə olub. MMP-nin İdeoloji sahə və mətbuat məsələləri üzrə sədr müavini Könül İsmayılova Şəki rayon təşkilatının yeni sədri Mübarək Lətifovaya və təşkilata yeni üzv olmuş şəxslərə üzvlük vəsiqələrini təqdim edib. Eyni zamanda təşkilatın Şəkidə olan digər üzvlərinin vəsiqələri Mübarək Lətifovaya təqdim olunub.

Mübarək Lətifova bildirib ki, MMP-nin Şəki rayon təşkilatında partiyanın sədri Hafiz Hacıyevin siyasi xəttini dəstəkləyən xeyli sayda üzvləri var:
“Üzvlərimizin sayı hər gün bir az artır. Təbliğat-təşviqat işlərimiz yüksək səviyyədədir”.

Könül İsmayılova partiyanın Şəki rayon təşkilatının yeni sədrini və təşkilata yeni üzv olanları təbrik edib, onlara siyasi fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, MMP-nin hər bir rayon təşkilat sədrləri partiyanın sədri Hafiz Hacıyev kimi mübariz olsalar, dövlətçiliyin təssübünü çəksələr, məmur özbaşınalıqlarına göz yummasalar siyasi fəaliyyətlərinin müsbət nəticəsini görəcəklər.

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür