"Qərb Rusiyada uğur qazanmayacaq"

08:50 20-09-2021 | icon 834 | Geopolitika
"Qərb Rusiyada uğur qazanmayacaq"

Fuad Əliyev: "Kimə “yaşıl işıq” yandırmışdılarsa, indi də yandıracaqlar"

 

“Levada” sorğu mərkəzi Rusiyada əhalinin kütləvi etiraz aksiyaları ilə bağlı gözləntisini və belə aksiyalara qatılmaq istəyinin səviyyəsini araşdırıb. Mərkəzin apardığı sorğuların nəticələri göstərib ki, ölkədə kütləvi etirazların baş tutacağını gözləyən rusiyalıların sayı ilin əvvəli ilə müqayisədə azalıb. Ancaq etiraz aksiyalarına qatılmaq istəyənlərin sayında artım var.

 

Belə ki, hələ yanvar ayında rusiyalıların 17%-i iqtisadi tələblərlə keçiriləcək etiraz aksiyalarında iştirak etməyə hazır olduğunu bildirmişdi. May ayında bu göstərici 21%-ə qalxmışdı. Avqust ayında “Levada”nın sorğusuna görə, rusiyalıların 24%-i belə aksiyalarda iştirak etməyə hazır olduğunu söyləyib. O biri yandan da bu cür etirazların baş tutacağını mümkün hesab edənlərin sayında azalma var. Yanvarda respondentlərin 43%-i aksiyaların keçiriləcəyinə inanırdı. Avqustda göstərici 26%-ə düşüb. Siyasi tələblərlə etirazlara çıxmağa hazır olanların sayı yanvarda 15%, may ayında 16% idi. Avqustda 19%-ə yüksəlib. Yanvarda rusiyalıların 45%-i siyasi tələblərlə etirazların olacağına inanırdı. Avqustda göstərici 27%-ə enib. Bu il yanvarın 23-dən 31-dək, habelə fevralın 2-də Rusiyanın bir sıra şəhərlərində hazırda həbsdə olan müxalifət lideri Aleksey Navalnıya dəstək aksiyaları keçirilib. Etirazlar zamanı minlərlə insan saxlanılıb. Onlardan bəzilərinə cəzalar kəsilib.

 

Heç şübhəsiz ki, şimal qonşumuzda cərəyan edən proseslər özündən daha çox Amerika başda olmaqla, Qərb dairələri tərəfindən yaxından izlənilir. Bu baxımdan hazırda əsas bir sual yaranıb: Qərb Rusiyanı qarışdıra bilərmi?

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) rəhbəri Fuad Əliyev Qərbin Rusiyada uğur qazanmayacağını düşünür:

 

“Moskva və Sanki-Peterburq şəhərlərində yaşayış səviyyəsini nəzərə almasaq, regionlarda vətəndaşların yaşayış səviyyəsi çox aşağıdır. Ölkədən insan axını müşahidə olunur. Rusiya hakimiyyəti təqaüdçülərin, dövlət idarələrində çalışan işçilərin maaşlarını az da olsa qaldırır. Bununla da narazı elektoratın müəyyən hissəsinin etiraz aksiyalarına çıxmasının qarşısını alır. Mən deməzdim ki, Navalnıy narazı elektoratın lideridir. O, xaricdən idarə olunur. Rusiyada Qərbə dəstək verənlər çox azdır. Xaricdən Rusiyaya təzyiq olanda demək olar ki, hamısı birləşir. Necə ki, Qərb ölkələrinin bəziləri Rusiyaya düşmən gözü ilə baxırlar, eynilə Rusiyada da vətəndaşların əksəriyyəti Qərbə düşmən gözü ilə baxırlar. Qərb də başqa ölkələrdə gənclər vasitəsilə ”inqilab" edirdi".

 

Fuad Əliyev vurğulayıb ki, sonuncu belə cəhd Belarusda olub. Partiya sədri hesab edir ki, Rusiya gənclərinin əksəriyyəti vətənpərvərdir və bu baxımdan Qərb Rusiyanı qarışdıra bilməyəcək:

 

"Rusiyada Dövlət Dumasına keçiriləcək seçkilərin nəticələrində “sürpriz” olmayacaq. Kimə bundan qabaq “yaşıl işıq” yandırmışdılar, indi də yandıracaqlar. Ciddi dəyişikliyi görmürəm. Qərb Rusiya hakimiyyətini dəyişmək istəyirsə, bunu hakimiyyət daxilindən edə biləcək. O da post-Putinin dövründə ola bilər".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər