Vəziyyət daha da gərginləşir, təxribatların sayı artır

13:52 23-09-2021 | icon 506 | Geopolitika
Vəziyyət daha da gərginləşir, təxribatların sayı artır

Tofiq Abbaslı: “Bu, Rusiya diplomatiyasına baha başa gələcək”

 

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində həyata keçirdiyi təxribatlar iki ay ərzində daha da intensivləşib. Rusiya hətta rəsmi səviyyədə erməni mənbələrinə istinad edərək, Azərbaycanı ermənilərə qarşı təxribat törətməkdə ittiham edir. Rusiya sülhməramlıları yerləşdiyi ərazilərdə kənd, rayon adlarını erməniləşdirməkdən çəkinmir. Rusiyanın rəsmi qəzetləri yenə də erməni kimi çıxış edib, Qarabağı respublika kimi təqdim etməklə özünün əsl mahiyyətini və niyyətini ifşa edir. Belə bir şəraitdə Azərbaycan rus-erməni təxribatına və həyasız diplomatiyasına qarşı hansı addımları atmalıdır?

 

Versus.Az xəbər verir ki, politoloq Tofiq Abbasov açıqlamasında bildirib ki, bu gün Rusiya diplomatiyasının yanlış, çaşqın yanaşması müşahidə olunur.

 

Onun sözlərinə görə, əgər Rusiyanın təşəbbüskarlığı ilə üçtərəfli saziş bağlanıbsa, deməli bu, Rusiya tərəfindən məqbul sayılan addım olub:

 

“O sənəddə 9 bənddən ibarət razılaşma var və hər kəs üzərinə düşən öhdəliyi yerinə yetirməli idi. Amma biz gördük ki, Rusiya sülhməramlı kontingenti 2000-ə yaxın olmalı ididsə, ində 8-9 min nəfərdir. Əgər sayları çoxalıbsa, deməli bunların görən gözləri də, eşidən qulaqları da artıb. Deməli, rus sülhməramlıları nisbətən yığcam ərazidə bütün nəzarəti öz üzərinə götürməklə heç bir narahatlıq, heç bir toqquşmaya yol verməməli idi. Amma görürük ki, rus sülhməramlılarının bölgədə sayı artdıqca, əksinə, vəziyyət daha da gərginləşir, təxribatların sayı artır”.

 

Politoloq bildirib ki, yaranmış son vəziyyət ondan xəbər verir ki, Rusiya sülhməramlı kontingentini regionda saxlamaq üçün təxribatlar yaratmaqda maraqlıdır. O, hesab edir ki, Rusiya istəyir ki, bölgədə sabitlik olmasın və beləliklə regionda qalmalarını təmin etsinlər.

 

T.Abbasov Rusiyanın bölgədə hansı təxribatlara rəvac verməsindən asılı olmayaraq Azərbaycanın hüquqi baxımdan öz sərhəd bütövlüyünü təmin etdiyini qeyd edib. O, bildirib ki, Qarabağda yaşayan ermənilər, ruslar, itlər, pişiklər - hamısı Azərbaycan ərazilərindədir və onların istənilən davranışları Azərbaycanın nəzarətində olmalıdır:

 

“Azərbaycan üçün maraqlı olan və lazım olan odur ki, Rusiya sülhməramlıları öz səlahiyyətlərinin çərçivəsindən çıxmasınlar. Bizim tələbimiz odur ki, normal işlərini aparıb ikilistandartlara varmasınlar. Rusiya saxtakarlıq, yalançılıqla mətbuatında, kanallarında rusları humanist kimi təqdim edirlər. Bunların heç biri rus sülhməramlılarının Qarabağdakı missiyası ilə uzlaşmır. Onlar bilməlidir ki, əgər humanistlik edib insanlara kömk edirlərsə, Azərbaycan əhalisinə də kömək etməlidir. Rusiyanın Qarabağda humanizm adı ilə apardığı saxta siyasət deqredasiya siyasətidir”.

 

Politolo hesab edir ki, Rusiyanın apardığı bu yanlış siyasət həm ermənilərin, həm də Rusiyanın əleyhinə işləyəcək. Çünki biz tutduğumuz məramdan geri dönən deyilik:

 

“Bizim əldə etdiyimiz qələbə bu prosesin nöqtəsidir. Onlar Azərbaycanı bu prosesdən dayandıra bilməyəcəklər. Ortada olan budur ki, Azərbaycan ərazi bütövlüyünü təmin edib. Ermənilərin, rusların sərsəm iddialarının heç bir əsası yoxdur.

Ruslara elə gəlir ki, əgər onlar ermənilərə kömək etsələr, dünyada nüfuz sahibi olan erməni diasporaları rus diplomatiyasına kömək edəcək. Bu yanlış yanaşmadır. Erməni diasporası Rusiya dövləti ilə heç bir strateji əlaqələr qurmaq istəmir”.

 

T.Abbasov bildirib ki, bu gün Rusiya diplomatiyasının ən ağır dövrü başlayıb:

 

“Rusiya dövlətinin siyasəti dəyişməlidir. Qarabağ məsəsləsi ilə bağlı saxata yol tutamaq, yanlış siyasət yeritmək Rusiya diplomatiyasına baha başa gələcək. Ancaq Azərbaycanın diplomatiyasi elə bir səviyyəyə çatıb ki, bizi təkzib etmək mümükün deyil”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər