İrəvan məğlubiyyətin günahkarını axtarır: 

18:43 24-09-2021 | icon 722 | Dünya
İrəvan məğlubiyyətin günahkarını axtarır: 

Sentyabrın 27-də Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başlanmasının bir ili tamam olur. İrəvanda hələ də məğlubiyyətin əsas səbəbkarları axtarılır, müxtəlif istintaq işləri aparılır.

 

Versus.az xəbər verir ki, "Joğovurd" nəşri mövzu ilə bağlı maraqlı bir məqalə dərc edib. Yazıda hüquq-mühafizə orqanları, xüsusən də Ermənistan İstintaq Komitəsinin hazırda Müdafiə Nazirliyində çalışan və işdən azad edilmiş yüksək rütbəli məmurları dindirməsinin detalları əks olunub.

 

"Redaksiyamıza daxil olan məlumata görə, dindirmələr zamanı 44 günlük məğlubiyyətin mümkün günahkarları haqqında suallar da verilib. Sorğu-sual edilən məmurlara əsasən müharibədə Arayik Arutyunyanın günahkar olub-olmadığı və ya məğlubiyyətimizə səbəb olan hansı addım atdığı soruşulur. Qeyd edək ki, "Müdafiə Ordusu"nun keçmiş "komandanı" Cəlal Arutyunyana qarşı da çoxlu ifadələr var"-, nəşr yazıb.

 

Məqalə müəlifi həmçinin yazır ki, Baş Prokurorluğun nəzarəti altında araşdırılan 2000 -dən çox hərbi işdən 41 -i artıq məhkəməyə göndərilib. 44 gün davam edən müharibə zamanı törədilən cinayətlərdə 800 -dən çox adam günahkar sayılır.

 

"7 yüksək rütbəli hərbçinin, Baş qərargah rəisi müavininin adları məlum müxtəlif hərbi cinayətlərdə səsləndirilir. General Andranik Makaryan xidməti səhlənkarlıqda ittiham olunur. Onun ittiham olunduğu əməllər isə müharibə ilə əlaqədardır. Amma Makaryan günahını etiraf etmir. Məhkəməyə gətirilən 25 işin yarısından çoxu müharibə zamanı qanunsuz silah və sursat ötürülməsi ilə bağlıdır və 28 nəfər bu işdə təqsirli bilinir. 7 cinayət işi isə könüllü şəkildə xidmət məntəqəsini tərk etməklə bağlıdır, 9 nəfər fərarilikdə ittiham olunu. Təqsirləndirilənlərin əksəriyyəti sadə insanlardır".

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT

"Gürcüstanda vəziyyət daha qəlizdir"

Ölkə sərhədlərini aşan STARTAPLARIMIZ

Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Röya Ayxandan “Dünya” - LAYİHƏ

Ulu öndər Heydər Əliyev - 101

Bakıdakı qətlin DETALLARI

Bələdiyyə sənədi olan torpaqlara çıxarış necə ala bilərik?

Beynəlxalq təşkilatdan ÇAĞIRIŞ

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər